Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:56

Məhəmməd Rza Ləvai. 2010 lümlütdür


Salam oğlum, həya et
İçəri girmədən ösgür
2010 lüm-lütdür
Dinləyirsənmi çiynimdəki çantanı?
Yeni əsrin darvazası sökülür
Kürəyimdə
Külək
İstiqamət cırır
Bu gün səhər
Buz sındıracaq sonuncu düşüncəm
Sabah axşam
Ad günümü yeyib içəcəklər
Sən amma o ilk partlayışa qayıt
Ad günümü şarlara püləyib
Partlat!
Sən yox idin
Yaşamaq, küləklərin sancısından
Düşdü üstümüzə
Qaytar naqqalarını dənizciyim
Yosunlarını göylərə yap
Naqqalarını ulduzlara çırp
Artıq gəzmə bu çölləri
Milli şüurum
Kafelərin təhtəlşüurundan asılıdır
Döyüşkən mənalar yıxılır içimdə
Yarpaqların beynindəki tansu
İnsan deyil
İnan
Gəl götür bu iztirabı
Bakı əlimdə qalıb
Üsyanım, ETTELAAT əlindən
Ürək ağrısına düşmüş
Səfirliklərdə beynim mübadilə olunur
Bu leşin sığınacağı planet
Sənsən bəbəyim…
Dinləyirsənmi meşələrimin hüznünü?
Dinləyirsənmi isanın darında
Dərimin çırtlayışını?
Məni tutub azadlığı alnıma yapdılar
Terroristlərin terror bəhanəsini…
Salam oğlum dayan
Bir azdan otağım istintaqa çəkiləcək
Pianinom istibdad yuxusu
Saat müxalifət sancısı
Təqvim xalq xəstəsi
Boşqabımdakı alma
Üzüqırmızı məmurdur
Dost paltarında!
Səni, məni sayan kim ?
Şərqdə ,
Məzlumlarda
Səddamın dişləri kimi
Sayılır…
Şərqdə, dar başında azan super, Allahuəkbər !
Gövdəm maşınlar altında dəhşət
Darıxma hey, yeni nəslin darıxması
Bu qurd asqırsa Orxan Pamukdur
Bu qorxu tökülsə yağmurdur
Səhərin südünü gözəllərin məməsindən sağ
Gələcəyin bətnindəki insan
Sənin indiki zövqündür
Bizi burax
Biz gecələri gəmirə-gəmirə şair olduq!
Keç otur sinəmdə
Sonralar biləcəksən
Dərdimi çəkən gözəl idi Azərbaycan!
Sonralar biləcəksən
Qəmin son bucağı Qarabağdır
Sonralar biləcəksən
Çiynimdəki çanta Məhəmməd Rza Ləvai imiş!
Hələlik Bakıdayam
Və Tehranda baxışlarım güllələnır
Bakıdayam
Və Təbrizdə şeirlərim üşüyür!
Mən ölürəm
Və Qız qalası, turistlərlə məzələnir !
Yenə anan
Ad günümü mətbəxdə yandırmayıb ki?
Bilirsənmi, İran səfirliyində
Ad günümü edam edirlər hər gün?
Salam oğlum, həya etmə
Səndə məni dan
Səndə şeirimi danla
Etirazımın gözünü oy
2010 deyil bu
2010 dəfə üzün suyudur
Tökülür !..

http://azr.baybak.com/il_2010_say_6190.azr
XS
SM
MD
LG