Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:51

Duman Ərdəm. Az öncə etiraz etdilər


Az öncə etiraz etdilər!
Apartımanımda qaranlıq pillələr.
Yorulduq,bezdik-dedilər
Nəşini kefli-kefli qalxızmaqdan
Həmən getmə, həmən qal
Yoxsa onlarda bir-bir gedərlər!

Bunu sən anlata biləcən təkcə,
Mən bir ögey uşaq,danlayan təbrizə
Açarlarımı tez-tez itirsəm belə,
Kölgəmlə yola getməsəm,anbaşı polisə getsəm...
Daha boş səndəl saxlamasin terya keffelerinde,
Öncə getsin!evdə qalmış, qarımış ərkini versin ərə!

Həmən getmə, həmən qal!
Gecə telefon trafiyində qudursa ağcaqayınlar
zəng edərlərsə mənə
-Həni murdar bir it kimi gəbərdəcəyik-derlərsə
Qal!ey qadın qılığına girmiş təbrizli şəmsim!

Qalsana, anlatsana yol qırağında əski bir kafe idim
SAVAKın əmrilə güllələndim
Öldü müştərilərim...
Sındı şişələrim...
Atamla xərclik məsələsindən
Rəflərdən DASKAPİTALı seçdim

Həmən getmə, həmən qal!
Az öncə məktub göndərdi sözəbaxmaz kələmələrim
-Qayıtmasa o təbrizli dərviş
Səninçün yaaaş olacaq bu iş,
GÜLLƏLƏYƏCƏYİK.
Biz bir-birimizi
Yığışdıracağıq şeirlərindən pəsə-püsəmizzi-

Həmən getmə, həmən qal
Gözlüyümü bir arxadaş, bir yoldaş
Ayağı altda sındırar
-Sənin satqınlığına getdi-fısıldar
Divarlara yazdığımız bütün ideallarş

Televeziyonda son xəbər:
-Bələdiyyə məmurları küçə itlərini güllələyər-
Bugün küçəyə çıxmayacam
Siqaret belə almıyacam
Ucqar kəndlərdə qoca bir it var
Hər gecə ay işığına ağlayar
O itin darıxmasıyam
Bir falçı dedi-apreldə öləcən!
Bununçun kitablardan hamısını yandırasıyam
Həmən getmə həmən qal
Içimdə birisi var:
Ulduzlar təpəmə düşəcək!qorxar,qaçar,
Coğrafiya dışında şəhərlərə bilet alar

Həmən getmə, həmən qal

Bütün fəsillər
Bütün buludlar,adamlar,böcəklər...
Tənha itlərin nəfəslərindən doğarlar
Həmən getmə həmən qal
Yoxsa bilirəm bilirəm bilirəm
Bütün otubus radiyolarında
Təkcə hava idarəsi danışar
Əziz həmvətənlər! bu bahar tez bitəcək-
Həmən getmə, həmən qal.


http://www.dayaq.org/index.php?action=static_detail&static_id=56395
XS
SM
MD
LG