Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:42

Gürcüstan müxalifəti gecəni Rustavi prospektində keçirmək istəyir


Gürcüstan müxalifətinin mitinqi, Tbilisi, 25 may 2011
Gürcüstan müxalifətinin mitinqi, Tbilisi, 25 may 2011

PARADI POMZAQ İSTƏYİRLƏR

3 minə yaxın hökumət əleyhdarı bu gün Tbilisinin mərkəzində yürüş keçirib və prezident Mikheil Saakashvilinin istefasını təələb edir.

Yürüşün təşkilatçıları, Gürcüstan Milli Hərəkatı Tbilisinin Parlamentin 200 metrliyindəki Azadlıq Meydanında gecəni də keçirmək və bununla da mayın 26-na, Gürcüstanın müstəqillik gününə təyin olunan hərbi paradı pozmaq istəyir.

Aksiyaya gələnlərin bəzilərinin üzlərini dəsmallarla örtüb, əllərində dəmir çubuqlar və dəyənəklər var. Üstəlik, “İnterfax”ın məlumatına görə, Azadlıq Meydanın ətrafında da etirazçılar dəmir maneələrlə barrikadalar qurmağa başlayıblar. Hələ ki, az sayda polis aksiyanın gedişini izləyir və müdaxilə etmir.

Etirazçılar Saakashvili rejimini yoxsulluq və işsizliyi ardan qaldırmamaqda, korrupsiyada və diktaturaya meyllilikdə ittiham edirlər. Müxalifət tərəfdarları prezidenti həmçinin 2008-ci ildə Rusiya ilə müharibənin biybaırçı şəkildə uduzulmasında günahlandırırlar.
Gürcüstan müxalifətinin mitinqi, Tbilisi, 25 may 2011

Müxalifətin liderlərindən Nino Burcanadze mitinqdəki çıxışında tərəfdarlarını gecəyarısından sonra meydanda qalmağa çağırıb. O deyib ki, “konstitusiya və qanunlar çərçivəsində keçirəcəkləri dinc nümayişlər yolu ilə indiki hökuməti istefaya göndərəcəklər. Və indi həlledici mübarizəyə hazırlaşırlar.

Burcanadzenin sözlərinə görə, bu gün laqeyd olmaq vətənə xəyanətdir və aksiyanın uğuru nə qədər davam etməsindən asılı olacaq”.

MÜXALİFƏTİN SIRALARI SEYRƏLİR

Daha öncə Burcanadze tərəfdarları bildirmişdilər ki, onların rəsmən mayın 21-dən 25-nə qədər aksiya keçirmək üçün meriyadan icazələri var.

Ancaq etiraz aksiyasının ard-arda 5-ci günündəki etirazlarda heç də bütün müxalifət partiyaları iştirak eməyiblər.

Mayın 25-nə təyin edilən “Qəzəb günü”ndə müxalifətin Gürcüstan Partiyası iştirak etmir. Partiyanın həmsədri Sozar Subari eyni gündə iki paralel aksiyanın keçirilməsinin ictimaiyyəti çaşdıra biləcəyini əsas gətirib, mayın 25-nə təyin edilən aksiyanı təxirə salmışdı.

Subari həmçinin Fransada mühacirətdə yaşayan keçmiş müdafiə naziri İrakliy Okruashvilini də ölkəyə qayıtmaqdan çəkindirdiyini bildirib. Korrupsiya ittihamlarıyla haqqında 11 il həbs cəzası istənən Okruashvilinin bu gün Gürcüstana qayıdacağı və müxalifət hərəkətina qatılacağı iddia olunurdu.
Gürcüstan müxalifətinin mitinqi, Tbilisi, 25 may 2011

İqtidar partiyasından deputat Nugzar Tsiklauri “Frans Press”ə deyib ki, “müstəqillik günündə keçiirlən hərbi parad çox populyar tədbirdir və müxalifətin təxribatlarıyla bu tədbiri pozmağa cəhd eləməməlidir”.

SAAKAŞVİLİ RƏQİBLƏRİNİ KREMLDƏN TƏLİMAT ALMAQDA SUÇLU BİLİR

Gürcüstan prezidenti Mikehil Saakashvili isə dünənki çıxışında müxalifətin bu aksiyasını maskarad adlandırıb. Deyib ki, müxalifət liderləri Kremlin dedikləri ilə oturub-dururlar və məqsədləri ölkəni parçalamaqdır. Gürcüstan rəhbərliyi daha öncə etirazların dinc şəkildə, qanunlara uyun keçirləcəyi halda polisin müdaxilə etməyəcəyini də bəyan eləmişdi.

Keçən şənbə günü başlanan aksiyalarda iştirak edənlərin sayı getdikcə azalması da başqa diqqətçəkən məqamdır. Bazar günü bir qrup etirazçı polis maşınına hücum edəndən sonra, polis etirazı gözyaşardıcı qazdan istifadə edərək dağıtmışdı.
XS
SM
MD
LG