Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:31

Azəriqazbank dünya spam ticarəti şəbəkəsində


Arxiv şəkil
Arxiv şəkil
Azərbaycanda bir bank dünyadakı spam ödənişlərinin 60 faizini qəbul edir. ABŞ-da, Kaliforniyadakı iki araşdırmadaçı “Spam zəncirinin bütün halqaları” adlı araşdırmalarında belə deyirlər.

Araşdırmanın həmmüəllifi, Kaliforniya Universitetində doktoruntarada oxuyan Andreas Pitsillidis deyir ki, dünyada göndərilən bütün spamla (yəni, tanımadığı şəxsdən gələn hər hansı malı reklam edən E-mail) bağlı ödənişlərin 95 faizi 3 bank vasitəsiylə edilir: Danmarka bankı, Karib dənizində West India adalarındakı bir bank və Azərbaycandakı Azəriqazbank vasitəsi ilə.

Araşdırmaçılar ümumilikdə spam emaillərini 3 qrupa ayırıblar: saxta dərmanlar, saxta kompyuter proqramları və saxta lyuks malları biznesi.

Pitsillidis deyir ki, spam yoluyla dərman preparatları satışının böyük hissəsi Azəriqazbankdakı-ın hesabları vasitəsilə gerçəkləşdirilir:

“Məsələn, Azərbaycanda yelrəşən bank vasitəsilə bütün gördüyümüz spamın 60 faizi ödənilir. Spam deyəndə 3 aya təxminən 1 milyard mesajdan danışırıq”.

AZƏRİQABANK İTTİHAMLARA CAVAB VERİR: QANUNSUZ BİR İŞ GÖRMÜRÜK

Azəriqazbankın İctimaiyyətlə Əlaqələr üzrə koordinatoru Ələkbər Əliyev AzadlıqRadiosuna deyir ki, onlar doğrudan da elektron ticarətə böyük önəm verirlər. Onun sözlərinə görə, 50 minə yaxın adam onların plastik kartlarından istifadə edir, bura internet üzərindən alış-veriş edənlər də daxildir.
... spam yoluyla dərman preparatları satışının böyük hissəsi Azəriqazbankın hesabları vasitəsilə gerçəkləşdirilir.
Azərbaycanda yelrəşən bu bank vasitəsilə bütün gördüyümüz spamın 60 faizi ödənilir.

Ələkbər Əliyevin sözlərinə görə, “Bankın bu sahədəki bütün fəaliyyəti Visa-card, Master-card sistemi və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun aparılır. Onlar müştərilərinin harda, nəyi almasına müdaxilə etmirlər.

Spam zənciriylə bağlı araşdırmalar aparanlar özləri də etiraf edirlər ki, dünyanın heç bir yerində spam ödənişlərini təmin etmək qanunsuz deyil. Söhbət sadəcə ondan gedir ki, bir çox banklar bu ödənişləri ümumilikdə nüfuzlarına zərbə vura biləcək qədər riskli saydıqlarından qəbul etmirlər. Çünki müştərilərin spam vasitəsilə aldıqları maldan narazı qalması və onu geri qaytarmaq istəməsi riski çox böyükdür.

Andreas Pitsillidis: “Ümumilikdə bu riski götürməyə razılaşan çox az bank var, olanlar da adətən bu riskə görə müştərilərdən daha yüksək xidmət haqqı alırlar”.

Spam göndərməklə al-ver edənlərə xidmət göstərən banklar arasında Moskvadan B&B Bank, binbank.ru və 3 Latviya bankı da var. Ən ən böyük şəbəkə isə Rumıniyadakı Evolva Telecomdur. Ümumi spam göndərənlərin 10 faizi bu şirkətin serverlərində yerləşir.

SPAM-LA TİCARƏT NECƏ APARILIR?

Pitsillidis araşdırmanı necə apardıqlarını da anladır. Onlar 3 ay ərzində bir neçə kompyuterdə spama və viruslara qarşı müdafiə proqramlarını söndürüblər. Aldıqları 1 milyarda yaxın spam mesajlarını izləyiblər. Orda reklam olunan 100-lərlə malı alıblar. Nəticədə məlum olub ki, spamla ticarət əslində çox qlobal, mütəşəkkil təşkil edilmiş bir şəbəkə vasitəsilə gerçəkləşdirilir.

Məsələn, ABŞ-dakı bir müştəri saxta Viagra almaq istəyirsə, onun alış-veriş saytında yazdığı kredit kartı detalları başqa bir sayt vasitəsilə ödənişi qəbul edən banka məsələn, Bakıdakı Azəriqazbanka gedir. Ödəniş burda gerçəkləşən kimi, Rusiya, Türkiyə, Braziliya və Çindəki serverlərə məlumat ötürülür. Son nəticədə Hindistanda həmun məhsul istehsal edilir və adi poçt vasitəsilə ABŞ-dakı müştəriyə çatdırılır.
Əgər Visa və Master card sistemləri və ya ökə qanunvericiliyində spam ödənişləri ilə bağlı dəyişiklik edilərsə, onda biz də o qaydalara görə hərəkət edərik. Amma gəlin razılaşaq ki, insanların hardansa, hətta açıq-saçıq saytlardan nəsə almasına qarışa bilmərik

Araşdırma müəllifləri deyirlər ki, ümumilikdə bütün emaillərin 85-90 faizinə yaxının spam emaillər təşkil edir. Amma bir çox ölkələrdə spam mesajlarla bağlı qanunvericilik yoxdur. Sadəcə olaraq, məsələn, ABŞ kimi ölkələrdə istər spam göndərmək, istərsə də başqa bir yolla, saxta dərman məmulatlarının satışı qanunsuz sayılır.

Pitsillidis spam ticarətin qarşısını almaq üçün təklif edir ki, spama xidmət göstərən bankların Qərbdəki banklarla köçürmə əməliiyyatlarında iştirakını qadağan etmək olar.

Azəriqazbank-ın koordinatoru Ələkbər Əliyev isə AzadlıqRadiosuna deyir ki,
“Əgər Visa və Master card sistemləri və ya ökə qanunvericiliyində spam ödənişləri ilə bağlı dəyişiklik edilərsə, onda biz də o qaydalara görə hərəkət edərik. Amma gəlin razılaşaq ki, insanların hardansa, hətta açıq-saçıq saytlardan nəsə almasına qarışa bilmərik”.

Kaliforniyadakı araşdırmaçılar 2011-ci ilin yanvar-fevral aylarında spamla balı əməliyyat zəncirini bir daha yoxlayanda görüblər ki, bura bir yeni bank da əlavə olunub - Bakıdakı Bank Standart.
XS
SM
MD
LG