Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:59

Hakim sözü...


Müzəffər Baxışov
Müzəffər Baxışov

Məhkəmə hakimiyyətinin müstəqilliyi və nüfuzu barədə vəkillər Müzəffər Baxışov və Yalçın İmanov danışırlar.

Müzəffər Baxışov:

«Azərbaycanda məhkəmə hakimiyyəti yoxdur. Heç olmasa, Azərbaycanda 5 faizlik müstəqil məhkəmə hakimiyyətinin olmasını arzulayırdım. Bir vəkil kimi bunu arzulayırdım və düşünürdüm ki, Azərbaycanda 5 faizlik müstəqil məhkəmə hakimiyyəti olsa, vəkillər üçün də eyni dərəcədə vəkillik bazarı yaranacaq...

Vəkil məhkəmə hakimiyyəti vasitəsilə mübahisənin qanunun müddəalarına əsasən çözülməsinə nail ola bilər. Azərbaycanda isə məhkəmə hakimiyyətinin sıfırdan o tərəfə faizin heç bir hissəsi də yoxdur...».

Yalçın İmanov:

Yalçın İmanov
«İndi Azərbaycanda məhkəmələrin müstəqilliyi və onların nüfuzu haqqında danışmaq şit bir zarafata oxşayır.

Nüfuz qanuna söykənir. Qanun işləməyəndə və ölü norma şəklində mövcud olanda, məhkəmələrin müstəqilliyindən və nüfuzundan danışmaq real deyil. Əminliklə deyirəm ki, kiçik bir məhəllədə avtoritet olanın nüfuzu daha çoxdur, nəinki Azərbaycan məhkəmələrinin.

İnsanlar artıq Azərbaycan məhkəmələrini passiv şəkildə boykot edir. Çoxlu sayda mübahisələri olsa da, məhkəmələrə müraciət etmirlər. Ona görə ki, onun ədalətli məhkəmə perspektivini görmürlər. Daha çox məhəllə avtoritetinə, nüfuzlu insana müraciət edib öz aralarındakı mübahisəni bu və ya digər şəkildə yoluna qoymağa üstünlük verirlər. Azərbaycan məhkəmələrində nüfuz və hörmət demək olar ki, yox şəklindədir. Bunun da günahkarı Azərbaycan məhkəmələrinin özləridir...».

Verilişi tam olaraq buradan dinləyin:

Buna da bax:

XS
SM
MD
LG