Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:39

Avqustun 3-də Hosni Mubarakın məhkəməsi olacaq


Keçmiş Misir prezidenti Hosni Mubarak və iki oğlu avqustun 3-də məhkəməyə cəlb olunacaqlar.

Bu barədə Misirin rəsmi MENA agentliyi xəbər verir.

Mubarak korrupsiya və nümayişçilərin qəsdən öldürülməsində ittiham olunur.

Hosni Mubarakın devrilməsiylə nəticələnmiş etiraz aksiyaları zamanı baş vermiş toqquşmalarda yüzlərlə adam öldürülüb.

83 yaşlı Mubarak hazırda Şarm aş Şeyx şəhərindəki xəstəxanada nəzarət altındadır.
XS
SM
MD
LG