Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:50

Yəmən vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə


Yəmənin paytaxtında atışmalar davam edir
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00
Direct-ə keçid

Paytaxt Sanaada hökumət qüvvələri ilə müxalifətin silahlı qrupları arasında atışmalarda azı 41 nəfər həlak olub. İyunun 1-də baş verən hadisəlrədən videogörüntülər.

Istefa verməkdən imtina etmiş Yəmən prezidenti Salehə sadiq qüvvələrlə üsyançılar arasında döyüşlərin arealı genişlənməkdədir.

Al-Jazeera telekanalı artıq döyüşlərin “vətəndaş müharibəsi” miqyasına yaxın olduğunu bildirir.

İyunun 2-də paytaxt Sanaa ilə bərabər Taiz, Zincibar kimi bölgə şəhərlərində də qızğın döyüşlər olub.

Son günlərdə təkcə Taiz və Zincibar şəhərlərindəki döyüşlərdə 50 nəfər ölüb

Bunlara da nəzər salın


ABŞ prezidenti Barak Obama öz administrasiyasının terrorçuluqla mübarizə üzrə rəsmisi John Brennan-ı təcili Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə göndərib ki, bütün mümkün vasitələrlə Yəmən prezidenti Salehi hakimiyyətin təhvili üzrə sazişi imzalamağa sövq etsin.

Saleh körfəz ölkələrinin vasitəçiliyi ilə hazırlanan həmin sənədi imzalamaqdan artıq 3 dəfə imtina edib.

ABŞ və onun müttəfiqləri ehtiyat edirlər ki, Yəməndəki etirazlar ətraf ölkələrə də
yayıla və neft ixracının əsas yollarına təhlükə yarada bilər (Röyters)

ABŞ dövlət katibi Hillıari Klinton iyunun 2-də bir daha prezident Salehi ölkənin gələcəyi naminə hakimiyyətdən getməyə çağırıb:
Yəmənin Hasaba rayonunda döyüşlər gedir.

“Prezident Saleh və onun hökuməti kənara çəkilib müxalifətçilərin və mülki cəmiyyət təmsilçilərinin ölkədə siyasi və iqtisadi islahatlar aparmaları üçün yol verməyincə bu münaqişənin sonu olmayacaq”

Sanaa-da müxalif qəbilə başçıları yüzlərlə döyüşçü səfərbər ediblər


Bu, nüfuzlu Həşid qəbilə federasiyasının rəhbəri Şeyx Sadiq əl-Əhməri dəstəkləmək üçündür.

Paytaxtın Hassaba rayonunda iyunun 2-də hökumət qüvvələri ilə müxalif qəbilələr arasında strateji binalar uğrunda döyüşlər başlanıb.

Prezident Saleh general Əli Möhsün əl-Əhmərin rəhbərlik etdiyi müxalifət qüvvələrinə qarşı elitar hərbi hissələri göndərib.

Terrorçuluğa qarşı mübarizə üçün yaradılmış və vaxtilə Amerikanın təlim keçdiyi həmin hərbi qüvvələr ABŞ silahları ilə təchiz ediliblər.

ABŞ rəsmiləri xəbərdarlıq ediblər ki, həmin qüvvələrdən və silahlardan müxalifətçilərə qarşı istifadə edilməsin. Əks halda Amerika Yəmənə yardımı dayandıra bilər.
XS
SM
MD
LG