Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:13

E.Məmmədyarov H.Clintonla görüşüb


Hillary Clinton Washingtonda Elmar Məmmdəyarovla görüşür, 5 may 2009
Hillary Clinton Washingtonda Elmar Məmmdəyarovla görüşür, 5 may 2009

Washingtonda səfərdə olan Azərbaycanın Xarici işlər naziri Elmar Məmmdəyarov ABŞ Dövlət katibi Hillary Clintonla görüşüb. Görüşdən əvvəl jurnalistlər üçün qısa açıqlamda Hillary Clinton bildirib ki, ABŞ-la Azərbaycanın münasibətləri strateji əhəmiyyətə malikdir və iki ölkə arasında əməkdaşlıq getdikcə dərinləşir: "Biz həmçinin Minsk Qrupu çərçivəsində Dalıq Qarabağ münaqişəsinin həlli yollarını tapmaqda birgə işimizi davam etdirməkdə qərarlıyıq."

Elmar Məmmədyarov da ölkələr arasında münasibətlərin getdikcə dərinləşdiyini vurğulayaraq Qarbağa münaqişəsinin sülh yolu ilə həllinə cəhdlərinə görə təşəkkür edib. Nazir bildirib ki, Minsk Qrupu həmsədri olan ölkələrin prezidentlərinin bu məsələyə dair sonuncu bəyanatları da münaqişənin həllinə yardım edəcəyinə əmindir.

Sonra tərəflər atrasında müzakirələr başlayıb.

>>>>

Görüşə yollanmazdan əvvəl Atlantika Şurasında çıxışında Elmar Məmmədyarov bildirib ki, hazırda Qarabağ münaqişəsinin həllinə bir şans yaranıb.

Elmar Məmmədyarov Atlantika Şurasında çıxış edir
Məmmdəyarov qeyd edib ki, münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin sonuncu birgə bəyanatları şansları daha da artırıb.

O, Qarşıda Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin Kazanda görüşlərinə ümidli olduğunu bildirirb. Məmmədyarov məlumat verib ki, prezidentlərdən əvvəl həmin ölkələrin Xarici İşlər nazirlərinin Moskvada ayrıca görüşləri olacaq. Elmar Məmmdəyarov bir daha qeyd edib ki, Azərbaycan hazırda Qarabağ məsələsində yaranan status-kvonu qəbul etmir və bunu təhlükəli sayır: "Yol xəritəsi hamıya bəllidir. Birinci mərhələdə işğal edilmiş Qarbağ ətrafı rayonların azad edilməsi, rabitə və kommunikasiya şəbəkələrinin bərpa olunması, köçkünlərin evlərinə qayıtması və son mərhələdə Qarbağın statusu ilə bağlı ümumxalq müzakirələrinin aparılması. Mən inanıram ki, sülh üçün hələ şans var."

Nazir vurğulayır ki, həmin yol xəritəsi ilə bağlı həmsədr ölkələr arasında fikir bilriyi mövcuddur. Məmmdəyarov bu işdə Rusiya prezidenti D.Medvedevin xüsusi rolu olduğunu qeyd edib.

Nazir AzadliqRadiosuna müsahibəsində deyib ki, Hillary Clintonla müzakirəsinin ən əsas mövzusu da Qarabağ danışıqlarının gedişidir.
XS
SM
MD
LG