Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:52

Platini: «İndi Azərbaycanda əsas məsələ yaxşı futbolçular tapmaqdır»


UEFA prezidenti Michel Platini, FİFA prezidenti Sepp Blatter və AFFA prezidenti Rövnəq Abdullayev
UEFA prezidenti Michel Platini, FİFA prezidenti Sepp Blatter və AFFA prezidenti Rövnəq Abdullayev

««Dalğa Arena» kimi bir stadionun açılışında, eləcə də 65 minlik olimpiya stadionunun təməlqoymasında iştirakımızdan məmnunam».

Bunu Bakıda səfərdə olan UEFA prezidenti Michel Platini iyunun 6-da FİFA prezidenti Sepp Blatter və AFFA prezidenti Rövnəq Abdullayevlə birgə keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, inşasına UEFA səviyyəsində dəstək verilən «Dalğa Arena» çox gözəl tikilib. Stadionun dəniz kənarında, həmçinin uşaqların, dənizə gələcək insanların da ondan bəhrələnməsini nəzərə alaraq inşa edilməsi çox sevindirici haldır: «Sizdə çox gözəl idman, futbol infrastrukturu yaradılır. İndi əsas məsələ yaxşı futbolçular tapmaqdır. Amma bu məndən asılı deyil».

FİFA prezidenti Sepp Blatter isə Azərbaycanın 2012-ci il 17 yaşadək qızlar arasında keçiriləcək dünya çempionatına ev sahiblik etməsini, qadın futbolunun inkişafı üçün təkcə Bakıda deyil, bölgələrdə də infrastrukturun yaradılmasının önəmli addım olduğunu bildirdi.

AFFA FUTBOLÇULAR QARŞISINDA ALMANİYA OYUNU İLƏ BAĞLI ŞƏRT QOYUB

Bu fikirləri də Azərbaycan Futbol Federasiyaları Asossiasiyasınınn (AFFA) prezidenti Rövnəq Abdullayev həmin mətbuat konfransında deyib.

«AFFA rəhbərliyi futbolçular qarşında nə vəzifə qoya bilər? Yaxşı oynamaq. Hər matçdan yaxşı oyun, nəticə gözləyirik. Millimizin Almaniya ilə görüşdə yaxşı oynayacağına inanırıq»-deyə Rövnəq Abdullayev bildirib.

R. Abdullayev FİFA və UEFA prezidentlərinin Azərbaycan futbolunun 100 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirakını yüksək qiymətləndirib: «Biz həm dövlətimizin futbola qayğısını, həm də FİFA və UEFA-nın dəstəyini hissi edirik».
XS
SM
MD
LG