Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:18

Orxan Pamuk, Umberto Eko, Salman Rüşdi BMT-yə müraciət etdilər


Orxan Pamuk
Orxan Pamuk
7 tanınmış yazar - Orxan Pamuk, Umberto Eko, Salman Rüşdi, David Grossman, Amos Oz, Wole Soyinka və Bernard-Henri Levy BMT-nin Təhlükəsizlik Şurasına müraciət ediblər.

Onlar Təhlükəsizlik Şurasının üzvü olan dövlətləri Suriya hökumətinin öz vətəndaşlarına qarşı təqiblərini pisləməyə, bununla bağlı qətnamə qəbul etməyə çağırıblar. (Röyters)

Hazırda Qərb dövlətləri, xüsusən də Fransa BMT-nin Təhlükəsizlik Şurasında Suriyaya qarşı qətnamənin qəbulu istiqamətində iş aparırlar.

Amma Təhlükəsizlik Şurasının iki daimi üzvü – Rusiya və Çin belə bir qətnamənin qəbuluna ehtiyac olmadığını deyirlər.

Bu arada Avropa Birliyi Suriyaya qarşı sanksiyaları genişləndirməyi düşünür.

Suriyanın xarici işlər naziri Walid Moallem isə bildirib ki, Qərb dövlətləri “insan haqları” adlı altında “müstəmləkə siyasəti yürüdürlər”.

Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı üsyan artıq 3 aydır ki davam edir.

Hökumət qüvvələrinin üsyançılara qarşı silah işlətməsi nəticəsində indiyəcən 1400 nəfərdən artıq insan öldürülüb.
XS
SM
MD
LG