Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:29

Vaqif Bayatlı Odər. Bir uşaq əllərinə


Dünya səndən bezəndə
sən də dünyadan bezib
endirsən başını
yorğun-arğın dizinə
bir uşaq əlləri
toxunacaq üzünə.
Söykəyərsən başını,
qırış-qırış üzünü,
qıyma-qıyma gözünü
itdən-qurtdan,
qəmdən-dərtdən
dostdan-tanışdan
dastan-dastan alın yazını
bir uşaq əllərinə.
Nə göz yaşın bilinər,
Nə alın yaşın silinər
Endirərsən başını
böyük dualar üçün
bu balaca əllərə.
Böyük andlar içməyə
günahlardan keçməyə
endirərsən başını
Haqq qapısın açmağa
qanadlanar mələyin,
bəlkə də
bağışlandı günahın
qəbul oldu diləyin.
Ancaq hələ...
Dünya səndən bezəndə
Sən də dünyadan bezib
fit çala-çala gəzib
endirərsən başını
yorğun-arğın dizinə.
bir uşaq əlləri
toxunacaq üzünə.
Söykəyərsən başını
bir uşaq əllərinə
saxlarsan göz yaşını
bir uşaq əllərindən.
XS
SM
MD
LG