Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:04

Vaqif Bayatlı Odər. Qəribik, şairim, qəribik, sözüm


Şairlər qəribdi bu yer üzündə
Küçədə, bayırda, evdə. eşikdə
Meşənin içində, çölün düzündə,
Oğul, qız yanında, ata yanında
Qəribik şairim, bu yer üzündə.

Hara getsək, ayrılıq
bir qəmli axşamtək
çökər qəlblərə, -
Qəribik, şairim, qəribik, sözüm.
Qəribik, şairim, bu yer üzündə
Odun yığmaq olmur ipimiz üstə,
Odu yığmaq olmur sözlərimizdən.
Keçib gəldiyi
Göyüzü kimidi şairin üzü -
işığı saralar, buludu keçər...
Haraya, haraya gedəsi olsaq,
yenə könlümüzdən, ürəyimizdən
göy üzünə dönmək ümidi keçər.
XS
SM
MD
LG