Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:00

EBU Azərbaycandan «Eurovision» iştirakçılarının təhlükəsizliyinə zəmanət istəyir


«Eurovision» fanatları
«Eurovision» fanatları
İyunun 29-da Avropa Yayım Birliyi (EBU) və Azərbaycan İctimai Televiziyasının Bakıda keçiriləcək 57-ci «Eurovision» mahnı yarışması ilə əlaqədar ilk toplantısı olub. Görüş Cenevrədə baş tutub.

Bu barədə «Eurovision TV» məlumat yayıb.

Görüşdə Avropa Yayım Birliyi müsabiqənin Azərbaycan üzrə yayımçısı olan İctimai Televiziyanı qaydalarla tanış edib.

Təşkilat standart tələblərlə yanaşı, Azərbaycandan müsabiqə müddətində ölkəyə gələcək insanların təhlükəsizliyinin qorunmasına zəmanət istəyir.

Görüşdə bildirilib ki, ölkəyə gəlmək üçün viza məsələsi asanlıqla həll olunmalıdır.

Görüşdə həmçinin, bu müsabiqənin Azərbaycanda keçirilmə vaxtı da təsdiqlənib.

Mayın 22-si və 24-ü yarışmanın yarımfinal, 26-da isə final mərhələsinin keçirilməsi qərara alınıb.

Növbəti toplantı avqust ayında Bakıda keçiriləcək.
XS
SM
MD
LG