New York məhkəməsi Beynəlxalq Valyuta Fondunun keçmiş prezidenti Strauss-Kahnı girovsuz azad etdi. Bununla da onun ev dustaqlığına son qoyuldu.
Strauss-Kahnın verdiyi 1 milyon dollar girov və 5 milyon dollarlıq istiqrazlar onun özünə qaytarılır.
İyulun 1-də keçirilən məhkəmə Strauss-Kahnın girov şərtlərinin dəyişdirilməsi məsələsinə baxırdı.
Növbəti məhkəmə iclası iyulun 18-də olacaq.
Prokurorlar deyiblər ki, Straus-Kahnı seksual təcavüzdə günahlandıran qadının özünə etimad hazırda şübhə doğurur.
62 yaşlı Straus-Kahn New York hotelində işləyən xidmətçi qadına seksual təcavüzdə ittiham olunaraq həbs edilmişdi. Bundan sonra o, BVF-nun prezidentliyindən istefa verdi.
Straus-Kahn bu ilin mayında New York hava limanında saxlanmışdı. O gecəsi 3 min dollar olan dağ hotellərindən birində çalışan 32 yaşlı qadını zorlamağa cəhddə ittiham olunur. Amma o ittihamı rədd edir.
Strauss Kahn gələn ilin aprelində Fransada keçiriləcək prezident seçkisində Sosialist partiyasından mümkün namizəd hesab olunurdu.
Buna da bax:
Azadlıq Trend
1