Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:31

Həmsədrlər növbəti dəfə bəyanat yayıb


“Münaqişə tərəfləri arasındakı fikir ayrılıqları baza prinsiplərinin qəbul edilməsinə mane olmamalıdır”.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin iyulun 5-də yaydığı bəyanatda belə deyilir.

Həmsədrlər Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünə toxunaraq qeyd edir ki, tərəflər Kazanda əsas prinsiplərlə bağlı yekun razılığa gəlməsələr də “irəliləyiş əldə olunub”. Həmsədrlər bildirir ki, “prezidentlərin danışıqlar prosesinə tərəfdar olması münaqişə tərəfləri üçün baza prinsiplərini mümkün qədər tez qəbul etmək üçün bir təkandır”.

Bəyanatda o da deyilir ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk dünən ATƏT-in yeni sədri Lamberto Zannier ilə görüşüb, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi müzakirə ediblər.

Həmsədrləri gələn ay Moskvada məsləhətləşmələr aparmağı və yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırlar.

3 ölkə prezidenti - Azərbaycan, Ermənistan və Rusiya prezidentləri ötən ay Kazanda görüşüb. Son 3 ildə 9-cu dəfə görüşən prezidentlər baza prinsiplərinə dair razılıq əldə etməyiblər.
XS
SM
MD
LG