Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:49

M. Brayza: «Ümid edirəm ki, «Silk Way» şirkəti Əfqanıstandakı fəaliyyətini bərpa edəcək»


Metyu Brayza
Metyu Brayza
«Biz Əfqanıstanda baş verən təyyarə qəzası ilə bağlı Azərbaycan hökuməti və «Silk Way» şirkəti ilə sıx əlaqə saxlayırıq. «Silk Way» ABŞ və NATO üçün vacib partnyordur. Bu şirkət Əfqanıstana koalisiya qüvvələri üçün etibarlı çatdırmalar həyata keçirir».

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza (Matthew Bryza) jurnalistlərə açıqlamasında deyib:

«Biz qəzadan sonra dəstək olaraq əlimizdən gələn hər şeyi eləmişik. ABŞ-ın Kabildəki səfirliyi və NATO Azərbaycan komissiyasının qəza baş verən əraziyə çatması üçün əlindən gələni edir. Ümid edirəm ki, onlar bu gün təyyarənin qəzaya uğradığı yerə çatacaqlar. Ona da ümid edirəm ki, «Silk Way» şirkəti Əfqanıstandakı fəaliyyətini bərpa edəcək». /apa/

İyulun 6-sı Bakı vaxtilə saat 02:10 radələrində Azərbaycanın «Silk Way» aviaşirkətinə məxsus İL-76 yük təyyarəsi Əfqanıstanın Pərvan əyalətində qəzaya uğrayıb. 9 ekipaj üzvü həlak olub.
XS
SM
MD
LG