Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:16

Etibar Əliyev: «Azərbaycan təhsili Afrika standartlarına uyğundur»


Firudin Cəlilov
Təhsilin inkişafına dair Milli Strategiyada hansı problemlər yer tapmalıdır?

«İşdən sonra» proqramında təhsil üzrə ekspert Etibar Əliyev və keçmiş Təhsil naziri Firudin Cəlilov təhsildəki problemlər barədə danışırlar.

Firudin Cəlilov:

«Təhsil və inkişaf sözlərini yanaşı işlətmək mümkün deyil. Heydər Əliyev hakimiyyətə gələndən bu günə qədər təhsil hərəkətdə olub. Amma inkişafa doğru yox, tənəzzülə doğru. Xalq dili ilə desək, Azərbaycan təhsili bu gün o gündədir ki, 7 bacı lazımdır ki, onu ortalığa qoyub ağlasın. Yəni, təhsili meyit şəklinə salıblar. Təhsil millətin, dövlətin strateji sahəsidir. Təhsilə dövlət arxasını çevirəndə, bu günə düşür. 21-ci əsr təhsil və elm əsri olsa da, biz get-gedə geri qalırıq. Neftdən gələn gəlirin həcmi artdıqca, təhsilin də qiyməti artır. Bəyəm uşağını təhsil ocağına verən valideyn o puldan gəlir əldə edir ki, onun uşağı daha bahalı təhsil haqqı ödəsin? Halbuki ödənişli təhsil haqqı 10-15 faiz olmalıdır indi. Amma indi 70 faizdən yuxarıdır. Bu, həm Konstitusiyaya, həm Milli Strategiyamıza ziddir. Son qəbul imtahanları da göstərir ki, orta məktəbdə təhsilin səviyyəsi həddən artıq aşağı düşüb. Mən bu sərəncamdan heç nə gözləmirəm. Ola bilsin ki, orada qızıl hərflərlə gözəl sözlər yazsınlar. Ancaq onu yazanlar
Etibar Əliyev
təhsili bu günə salanlardır».

Etibar Əliyev:

«Biz Sovet İttifaqından 21 ildir ayrılmışıq. Bu 21 ildə təhsil aybaay, günbəgün, xüsusilə son 15 ildə geri gedir... Azərbaycan təhsili Afrika standartlarına uyğundur. Çünki bir sıra göstəricilər var ki, bizim nəticələrlə Afrika ölkələrinin nəticələri eyni xarakterlidir. Bir-birini bir və ya iki pillə əvəzləyirlər. Azərbaycan təhsilinin bağçadan tutmuş, ali təhsiləcən olan pillələri arasında heç bir əlaqə yoxdur. Əlaqələrin hamısı qırılıb. Azərbaycan təhsili dünyada analoqu olmayan bir təhsil sistemidir. Təhsilə vəsait ilbəil artır, amma təhsilin səviyyəsi ilbəil düşür. Milli Strategiya Azərbaycan təhsilinin indiki duruma düşmə səbəblərini aradan qaldıra biləcəkmi? Əminəm ki, yox. Bu təhsilin təpədən-dırnağa qədər siyasiləşməsidir».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG