Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:48

Bakı Yerevanla sülh danışıqlarına «elə bu gün» hazır olduğunu deyir


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Rəsmi Bakı Ermənistanla sülh danışıqlarına «elə bu gün» hazır olduğunu deyir. Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın İnterfax agentliyinə eksklüziv müsahibəsində Qarabağ danışıqlarının tənzimlənməsi məsələsinə, vasitəçilərin roluna toxunub. Nazir bildirib ki, mətbuatda iyunun 24-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünün uğurla olmadığından yazılıb, hərçənd o bu fikirlərlə razı deyil:


«Mən o mövqe ilə daha çox razıyam ki, birincisi, prezidentlərin bəyanatında əks olunduğu kimi, yaxınlaşma baş verib və ikincisi, biz - Azərbaycan və Ermənistan - hər hansı piar, isterika olmadan danışıqları davam etdirməliyik, mövqelərin yaxınlaşması üzərində işləməliyik».

E. Məmmədyarov Rusiya XİN-i Sergey Lavrovun Kazan görüşünün ardınca Azərbaycan və Ermənistan rəhbərliyinə prezident Dmitri Medvedevin məktub göndərməsinə də toxunub. Bildirib ki, artıq iyulun 17-18-nə Moskvaya planlaşdırılan səfər zamanı Azərbaycanın cavabını gətirə bilər.

Nazir bildirib ki, Kazan görüşü zamanı müəyyən elementlərdə yaxınlaşma olub, ancaq razılaşmamış məqamlar qalır:

«Mən həmsədr ölkə liderlərinin siyasi iradə nümayiş etdirməklə bağlı fikrini bölüşürəm: Əgər biz nizamlanma istəyiriksə, onda gəlin, yeni mərhələyə keçək. Kazan görüşü növbəti mərhələyə keçməyə və sülh sazişinin mətni üzərində işləməyə imkan verir».

HƏMÇİNİN OXUYUN:

ABŞ, Rusiya və Fransa Qarabağ nizamlanmasını tezləşdirməyə çağırır
İlham Əliyev Baza Prinsiplərinin qəbul edilə biləcəyini deyir
A.Əzimov Kazan görüşündən ciddi nəticələr gözləmir
ABŞ Qarabağa dair Baza Prinsiplərini dəstəkləyir
ABŞ səfiri: «Barak Obamanın Kazan görüşünə olan ümidlərini bölüşürəm»
Novruz Məmmədovun Kazan görüşündən gözlədikləri
Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir
XS
SM
MD
LG