Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:40

Gəncədə zorla gözəllik...


«Hərə gəlir bir «zakaz» verir. Bilmirəm işçinin pulunu verək ya ustaların, materialın?»
«Hərə gəlir bir «zakaz» verir. Bilmirəm işçinin pulunu verək ya ustaların, materialın?»
«ALÇİPAN ÜÇÜN ALDIĞIM KREDİTİ ÖDƏMƏMİŞ DEYİRLƏR SÖK, ÜZLÜK DAŞ VURDUR»

«Birinin alçipan zavodu var, deyir mağazanın üzünü alçipan elə, biri deyir üzlük daş, mərmər vurdur. Bankdan pul götürüb alçipan vurdurmuşduq. Onun borcunu ödəyə bilmirik, təzə gələn başçı deyib ki, üzlük daş vurdur. Bundan sonra gələn deyəcək bu pisdir, sök başqa üzlük vurdur. Ailəmizi dolandıra bilmirik. Əlimizdəki pulu da tökürük tikintiyə. Banka borcumuz var. Qalmışıq belə».

Bu sözləri Gəncədə kaset və disk satışı ilə məşğul olan 28 yaşlı Surxay Namazov deyir. Deməsinə görə, elə də böyük olmayan mağazasından götürdüyü gəlirdən çox, onun təmirinə xərc çəkir.

HƏR SAHİBKAR 1000-3000 MANAT ARASI XƏRC ÇƏKİR

Adının çəkilməsini istəməyən başqa bir sahibkar isə deyir ki, təzə icra başçısı gələn kimi memarlıq idarəsinin nümayəndələri ona birmərtəbəli olan obyektinin 2-ci mərtəbəsini tikmək göstərişi verib. Bu tikinti işi və üstəgəl binanın üzünün daşla bəzədilməsi ona 2400 manata başa gəlib.

HƏR GƏLƏN BİR «ZAKAZ» VERİR

Gəlin donlarının satışı və kirayəsi ilə məşğul olan obyekt sahibi də deyir ki, üzlük daş bahalı olduğundan binanın təmirinə 800-1000 manat xərcləyiblər:

Gəncə şəhər İcra Hakimiyyəti
«İmkanımız yoxdur. Mağazanı açdıq ki, qazanaq. Hərə gəlir bir «zakaz» verir. Bilmirəm işçinin pulunu verək ya ustaların, materialın? Xeyli borclanmışam. Birdəfəlik bir qərar versinlər biz də bilək. Deyəndə ki, yoxdur, deyir mağazanı bağla ya da ver pulu olan adam eləsin. Allah bilir, bir azdan gəlib deyəcəklər ki, bunu da sök, ayrı üzlük vurdur».

AYRILAN VƏSAİT HEÇ KİMİ MARAQLANDIRMAMALIDIR

Gəncə şəhərinin baş memarı Allahverdi Əliyevə görə isə, sahibkarlara şərait yaradılır ki, obyektlərini böyüdüb daha çox pul qazansınlar. O ki qaldı təmir vaxtı sahibkarların çəkdikləri xərcə, baş memar deyir ki, icra hakimiyyəti sahibkarlara obyekt təmir etdirməli deyil:

- Şəhər abadlaşdırılır, gözəlləşdirilir. Bu, həm gözəllik üçündür, həm də o insanlara imkan yaradılır ki, öz fəaliyyətini genişləndirsin. Xərc çəkirsə, qoy bu adam da qazansın, şəhər də qazansın, memarlıq da. Tikinti gedirsə, onun fəsadı müəyyənləşir. Gəncədə kərpic əsas memarlıq üslubu olduğundan o stili saxlayırıq.

- Bu işlər şəhərin abadlaşdırılmasına ayrılan vəsaitlə edilir?

- Vəsait nə sizi maraqlandırmalı deyil, nə də məni.

- Amma ictimaiyyəti maraqlandırır axı?

Vasif Mövsümov
- O vəsaitlə bu qədər iş görmək olarmı ki? Sahibkarın obyektini niyə icra hakimiyyəti təmir etməlidir axı? Ona biz şərait yaradırıq, layihə çəkib veririk, deyirik tik, üstündən 2 mərtəbə artır.

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov isə deyir ki, obyektlərin təmiri və şəhərin abadlaşdırılması Regionların inkişafına dair Dövlət Proqramına daxildir. Onun fikrincə, bunun üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılıb:

«SAHİBKARLARI DÖVLƏT SİYASƏTİNDƏN NARAZI SALIRLAR»

«Azərbaycan ərazisində abadlıq işləri aparılır. Buna dövlət külli miqdarda vəsait ayırıb. Bu vəsaitlər abadlığa ayrılıb və xərclənməlidir. Dövlət başçısı dəfələrlə çıxışlarında bildirib ki, ayrılan vəsaitlərinin xərclənməsinə dövlət nəzarəti, ictimai nəzarət olmalıdır. Hər bir yerli icra hakimiyyəti həyata keçirdiyi layihələr barədə məlumat verməlidir. Axı dövlət vəsaitləri xərclənir. Sahibkarların məsələsi daha da faciəlidir. Sahibkarın işinə müdaxilə edir icra hakimiyyəti. Sahibkarları dövlət siyasətindən narazı salırlar».

Vasif Mövsümovun deməsinə görə, onlar araşdırmalarında müəyyən ediblər ki, abadlıq işlərində yerli icra hakimiyyətləri büdcə təşkilatlarından və sahibkarlardan vəsait yığırlar.

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA NÖVBƏTI GÜNLƏRDƏ

Astara: İrana gəlin gedən Leylanın 7 aylıq evliliyi necə keçdi?
XS
SM
MD
LG