Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:26

Avropa Məhkəməsi Azərbaycanı 40 min avro cərimələdi


İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda 2003-cü il prezident seçkisindən sonra həbs edilmiş 4 müxalifətçi - Arif Hacılı, Sərdar Cəlaloğlu, Pənah HüseynRauf Arifoğlu haqda qərarını açıqlayıb.

Adıçəkilən şəxslər 2005-ci ilin martında azadlığa çıxıblar. Onlar Avropa Məhkəməsinə Azərbaycan hökumətinin Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə hüququ) və 11-ci (sərbəst toplaşmaq azadlığı) müddəalarını pozmasından şikayət ediblər. Şikayətlər eyni xarakterlidir deyə, Avropa Məhkəməsi onları birləşdirib və qərarını eyni vaxtda açıqlayıb.

Avropa Məhkəməsi A.Hacılı, S.Cəlaloğlu, P.Hüseyn və R.Arifoğlunun məhkum olunmasını qanunsuz sayıb və Azərbaycanı ümumilikdə 40 min avro cərimələyib.

Azərbaycan dövləti şikayətçilərin hər birinə 10 min avro maddi təzminat ödəməlidir.
XS
SM
MD
LG