Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:37

Qarajda incəsənət...


Heykəltəraş Məmməd Rəşidov
Heykəltəraş Məmməd Rəşidov
Dünyanın Vyana, İstanbul kimi şəhərlərində nümayiş olunan heykəllər arasında elələri var ki, təkər, mazut, maşın hissələri, başaparan siqnal səslərinin içində doğulub.

Söhbət 29 yaşlı heykəltəraş Məmməd Rəşidovun qarajda yerləşən emalatxanasından gedir. Məmməd Rəşidov 2004-cü ildə Rəssamlıq Akademiyasında magistr dərəcəsini bitirib. Xalq rəssamı Tokay Məmmədovun emalatxanasında ilk işlərini yaradıb.

ÇİRKLİ YERDƏ SƏRBƏSTLİK VAR

Məmməd Rəşidov heykəlləri şüşə, dəmir qırıntıları kimi tullantılardan düzəldir. Ona görə də deyir ki, qarajda sənətlə məşğul olmağı lap yerinə düşüb:

«Bu emalatxana qarajda yerləşdiyindən burdakı bütün insanlar tanıyırlar məni, özləri mənə materiallar gətirirlər. Bilirlər ki, mən onları nədəsə istifadə edirəm. Bura çirkli, tör-töküntülü yerdir. Bu işlərin məkanı uyğun seçilib. Sırf təmiz emalatxanada adam özünü çəkindirər, işləyə də bilməz ki, nə isə korlanacaq, amma burda sərbəstlik var».

Məmməd Rəşidovun emalatxanası
Heykəltəraş deyir ki, incəsənətdən uzaq adamların arasında işləmək çətin olsa da, bu mühitə öyrəşib:

«Bəziləri deyir ki, bu neynəyir burda? Çox qəribə gəlir onlar üçün. Bura gələnlərin çoxu başa düşmür. İncəsənətdən anlamayan bəzi adamlar arada gəlib baxırlar, çıxıb gedirlər, bir müddət sonra işlərimə baxanda elə sözlər deyirdilər ki, bəlkə də yüksək səviyyədə olan sənətşünas o sözü deməzdi. Özüm üçün nəticə çıxartdım ki, bunların özündə inkişaf oldu».

«ŞÜŞƏ İLƏ İŞLƏMƏK MARAQLIDIR»

Şüşə qırıntılarından əsər yaradan Məmməd Rəşidovun əlləri az yaralanmayıb:

Məmməd Rəşidov yeni əsər üzərində işləyir
«Şüşə ilə işləmək həm maraqlıdır, bir tərəfdən də təhlükəlidir. Qırıntıları çox tökülür, dəyir adama. Mütləq əlcəklər geymək, eynək taxmaq lazımdır. Çox təhlükəlidir».

«Xocalı», «Müqəvva», «Tırtıl», «İçərişəhər» Məmməd Rəşidovun emalatxanasındakı hazır işləridir. Əksər əsərləri isə muzeylərdə, qalereyalardadır. Heykəltəraş deyir ki, kompozisiyalarının əksəriyyətində insanların təbiətə müdaxiləsi mövzusuna toxunub:

«İnsanlar texniki cəhətdən nə qədər qabağa gedirlərsə, o qədər də təbiətdən uzaqlaşırlar və məhrum olurlar. Mən bu «Tırtıl»la bunun transformasiyasını göstərmək istəyirəm. Bu, artıq dəyişilib. Yəni tırtıl belə olmur. Tırtıla müdaxilə olunub insanların fəaliyyəti nəticəsində və nəticədə belə bir «Tırtıl» əmələ gəlib».

Məmməd Rəşidovun 30-dan çox instalasiya (quraşdırma) işi var. Əsərlərindən ən baha satılanı 6 min manata olub.

HƏMÇİNİN OXU:

Cəfər Cabbarlının
mənzil-muzeyi uça bilər?





Neftlə çəkən rəssam
XS
SM
MD
LG