«Twitter»in Azərbaycan dilinə uyğunlaşdırılması məsələsi «Barkamp» təşkilatının nümayəndələri və «Twitter»in rəhbərliyi arasında San-Fransiskoda müzakirə olunub. «Twitter» rəhbərliyi servisin Azərbaycan dilinə tərcüməsinə hazır olduğunu bildirib. Bu istiqamətdə işlər yaxın bir neçə ay ərzində başa çatdırılacaq.
Hazırda servis rəsmən 12 dili dəstəkləyir (İndoneziya, alman, ingilis, ispan, fransız, italyan, holland, portuqal, türk, rus, yapon və Koreya). /apa/
Hazırda servis rəsmən 12 dili dəstəkləyir (İndoneziya, alman, ingilis, ispan, fransız, italyan, holland, portuqal, türk, rus, yapon və Koreya). /apa/