Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:52

Musa Yaqub "İndi desəm nağıldır" (Poema)


Builk dərsinizdir,
Başlayaq işə;
Sizə də ilk dəfə yetişər səsim.
Amma, əzizlərim, mənim həmişə
torpaq lıaqda olub birinci dərsim
Bəli, torpaq haqda,
torpaq müqəddəs,
Gərək yadınızdan çıxmasın bu dərs.
O da can kimidir, satıla bilməz,
Vətəndi, atadı, anadı torpaq.

Odur ilk mayası yoxun, varın da,
Soyumaz nəfəsi qışın qarında.
Yerdən ulduzlara uçanların da
Ümidi torpaqdır, qanadı torpaq.

İndi ki, xamı var, yorğunu da var,
O da bir canlıdır, bizdən haqq umar.
Bitirər sünbülü iki şah damar:
Bir adı zəhmətdir, bir adı torpaq.

Gərək tər tökəsən hər qarışına,
O da ruzusunu tökə başına.
Quru kəsəyinə, çopur daşına
Tum səpən deyər ki, canadı torpaq.

Axı, torpaq eşqi çağırıb sizi,
Yəqin bu həvəslə çağlayırsınız.
Hə, siz də bu gündən taleyinizi,
Deməli, torpaqla bağlayırsınız.

Dəmir atlarınız süzəcək sabah,
Haray qoparacaq tarlada, düzdə.
Yarar kötanınız yerin bağrını,
Göyərər eşqiniz torpağın üstə.
Bəlkə çox asandır peşə qazanmaq,
Bu peşəni sevmək hünərdir ancaq.
İyirmi ildir ki, mən bu sinifdə...
Yaxşı, yaxşı...
Hələ qoy tanış olaq.
Adın?
- Kərim Qafar oğlu,
- Mənimki Fəzli.
- Qafar oğlu Kərim?
- Elədi, bəli.
- Mənim adım Laçın,
- Onunku Səlmi.
- Bu adlar nə qədər yaxındır mənə.
Bu adlar alıcı bir xəyal kimi,
Məni о günlərə apardı birdən.
О kotan çarxları səsləndi yenə,
Torpaq qoxusunu duydum yenidən.
Bilirsinizmi mən,
Kotançı olmuşam,
payızda, yazda,
İş yerim о dağlar, о düzlər idi.
Onda matorumuz, maşınımız da
Kəllər, arabalar, öküzlər idi.
Eh, sizə nə var ki...
kəllə, öküzlə
Gecəni gündüzə qatanlar idik,
Boyunduruq üstə yatanlar idik.
О zəncir səsləri,
О kənd, о torpaq
Bir də ki, mən özüm cılız bir uşaq...
Hə, kotançı Qafar, kotançı Fəzli
Bir də Səlmi xala -
gülər, məzəli...
Biz kələ qoyardıq Laçın adını.
Laçın kəl var idi -
qara pəhləvan,
Vermişdi kötana öz həyatını...
Könlümdə sizinçin bir nağıl yatır,
İndi də gözümün qabağındadır:
Yekə Qafar yapışıb
Kotanın dəstəyindən;
Biz də iki çubuqla -
Yetim Fəzli, bir də mən.
Öküzlər cərgə-cərgə,
Kotanlar da dalbadal;
Çubuğumuz şipşumal,
Əllərimiz havada,
Öküzü qovhaqovda.
Dib kəlimiz Laçındır
Bozla, Düzək cilovda.

Şumda var izi,
Gəzər hər düzü.
Yox kötançının
Gecə-gündüzü.
Güc verir Xumar,
Çubuqlar oynar.
Qəfədanımız
Alovda qaynar.

Kölgələr otaq,
Süfrəmiz ortaq.
Çantalarımız
Budaqda sallaq.

Kəsəyi əz-əz,
Sünbül bitirməz.
Sən ək, bu torpaq
Zəhmət itirməz.

Kotan kotanı,
Tənbəl yatanı.
Göy uda bilməz
Torpaq udanı.

Kötanlı hünər,
Şumda toxum zər.
Ölən dirilməz,
Əkilən bitər.

Qılınc yer cızar,
Gavahin qazar.
Torpaq sürtünər,
Çimçevrən qızar.

Kotanlar qoşa,
Dəyməsin daşa.
На, sürün, sürün,
Qalmayaq qışa.

Ağacda quşların yuxusu baldır,
Sığınıb budağın yarpaqlarına.
Arılar elə bil qapqara xaldır.
Yapışıb güllərin yanaqlarına.
Günəş də dincəlir dağlar dalında,
Daha öküzlər də düşüb təpərdən.
Dolanır başına bu talanın da
Fırlanıb kotanlar dönür səhərdən.
Bu payız küləyi həzindir nесə,
Könlüm quşa dönüb uçar yerindən.
Çıxmaz xatirimdən о aylı gecə.
Torpaq qoxusunu duydum dərindən.
Meşənin kölgələr qarışığında,
Vələs yarpaqları düşürdü zər-zər.
Lapan yarpaqları ay işığında
Ayı pəncəsinə bəzəyirdilər.
Çilov öküzünün ayağı altdan,
Birdən qalxıb uçur çobanalladan;
Öküzlər diksinir pırıltısından.
Gecə quşlarının batırdı səsi,
Kotan çatlarının cırıltısından.
Torpaq da üst-üstə yatırdı çin-çin.
Qafar da dəstəyi hərdən əyirdi.
Kotan qolu üstə duran Fəzlinin
Kölgəsi şum üstə mürgüləyirdi.
Ay düşür kötanın çimçevrəninə,
О da aya dönüb bəzən yanırdı.
Qəfildən gavahın gedir dərinə,
Öküzlər ləngiyib, kəl dayanırdı,
Yenə çarxlar dönür,
lay uzanırdı...

- Bizim bu yerlər
Dağlı, dərəli.
Xırda daşları
İncidər kəli.
Traktorlar var,
Dağı da dələr.
Bizim yerlərə
Bəs nə vaxt gələr?..

Dağda, yamacda
Keçdi ayımız,
Qalıb aranda

Torpaq payımız.

Di oylaq verin.
Di torpaq verin!
Kotanlar qoşa
Dəyməsin daşa.
На, sürün, sürün
Qalmayaq qışa.

Bu səsi uzağa apardı rüzgar,
Laçın da mahnıya qulaq asırdı.
Əsgərliyə gedən kotançı Şahlar,
О yerdən Laçına salam yazırdı.
Laçın kotançıya can-ciyər idi,
Bu kəl bayaq dedim şiri-nər idi.
Həmişə arada gəzər bu söhbət: -
- Laçını gətirin,
fılan kəl yatıb,
- Laçını gətirin,
araba batıb.
- Gücünü gizlətsə döyün qıçına,
Bu mala ağırdır qoşun Laçına.
- Laçını gətirin,
odur əlacı,
Çəksə bu kötüyü qopara bilər.
- Eh, bu nə yükdür ki,
belə ağacı
Laçırı buynuzunda apara bilər.
Həm solda Laçın var,
Həm sağda Laçın,
Çəltik əkiləcək palçıqda, Laçın.
Görübdür hər işin savaşını o,
Min adam bu kələ çubuq da vurub.
Neçə boyunduruq yoldaşını о
Çərlədib,
qurudub,
öldürüb, yorub.
Burnu körük Laçın, gözü qan Laçın,
Boynu gümüş kimi aşlanıb durub.
«Qara kəlim naz eylər,
Quyruq bular toz eylər.
Ay qaranlıq gecədə
Kötanı pərvaz eylər.

Qara kəl asta gedər,
Dolanar dosta gedər.
Ay qaranlıq gecədə
Astabaasta gedər».
Laçına qoşublar bu bayatını,
О da asta-asta gedər yorulmaz.
Bağlayıb kotana öz həyatını,
Dırnağı yeyilib itər, yorulmaz.
Talanın üstündən qaranlıq itir,
Ayın qabağından çəkilir duman.
Bir kölgə uzaqda sürünüb gedir.
Buynuzu iridir fıl xortumundan.

Laçının
Kölgəsi dağ oldu birdən.
Laçın əjdahaydı,
Laçın gəmiydi.
Fəzli də minirdi belinə hərdən,
Fəzli də
Belində milçək kimiydi.

- Fəzli, səni şad görüm,
Çubuğu oynat görüm.
Laçın kəlin belində.
Bir uzanıb yat görüm.

Razıyam Boz, Düzəkdən,
Onlar çıxmaz bu rəkdən.
Dəstəçidən qaçırdım,
О da vurdu kürəkdən,
Fəzli, Fəzli, çat görüm,
Çubuğu oynat görüm.
Yenə düşdü qırovlar,
Kotan kotanı qovlar.
Dib kəlləri yatıbdır,
Haldan düşüb cilovlar;
Fəzli, Fəzli, çat görüm,
Çubuğu oynat görüm.
- Kotanlar qoşa.
Dəyməsin daşa...
Eh, bu necə yerişdi...
Bu vaxt kotan qəfildən
Bir kötüyə ilişdi;
Çıxdı da birdən-birə.
Zəncirlər boşalanda
Top kimi dəydim yerə.
Kotançılar içində
Bir gülüşmə qopdu ki...
- Ə, bu uşaq deyilmiş
Yupyumruca topdu ki...
Ay düşür kotanın çimçevrəninə,
О da aya dönüb bəzən yanırdı.
Qəfildən gavahın gedir dərinə,
Öküzlər ləngiyib, kəl dayanırdı.
Yenə çarxlar dönür,
lay uzanırdı...
Arabaçı hardadır
Çubuğu yalqız qalıb.
Araba çağları da
Bu gün çantasız qalıb.
Çıxıb palçıqlı xiydən
Bu gün arx qırağında
Malalar da yatırdı.
Zəncirlər şum altında,
Çalalarda yatırdı.
Kotanın çimçevrəsi
Güzgü tutub günəşə,
Şüa-şüa böyüyüb
Dönüb rəngli qanada.
Bu gün şumal çubuqlar
Oynamayır havada.
Kəllərin ağzındadır
Gömgöy qoruqlar bu gün.
Öküzlərin boynunda
Hələlik yük deyildir
Boyunduruqlar bu gün.
Şappıldamır, bulanmır
Xiy yerinin arxları.
Susur kotan çarxları.
Bu gün arabaların
Cırıldamır oxlan.
Durnalar qatar,
Çiçəklər qatar,
Uşaqlar qatar,
Geydim əynimə
Təptəzə paltar.
Kənd həyəcanlı,
Səsli-soraqlı.
Düyü bir kasa,
İki yumurta
Bir çətvər yağım
Süfrədə bağlı
Mən də gedirəm,
Fəzli də gedir,
Kərim də gedir.
Ağac qaşığım
Cibimdə gedir.
Qoltuğumdadır
Qalaylı nimçəm.
Başdan-ayağa
Şadlıq sevincəm.
Uçmaq istərəm,
Qanadım hanı?
Fəzli, tez ol gəl
Sula meydanı.
«Şadlan, a quzum, maydır,
Bir gör nə gözəl aydır».
Çiçəklər, otlar
Oynayır bu gün.
Əzizin bağı
Qaynayır bu gün
Hər dəstənin öz
odu, ocağı.
Çatıb bizə də
Bağın qırağı.
Tay-tuşlar ortaq oldu,
Düyü bir tabaq oldu.
Çətvər-çətvər yığıldı
Beş girvəngə yağ oldu.
Səlmi xala, çat görüm,
Qazanı qaynat görüm.

Bir ocağı qurdala,
Alovundan dur dala.
Al düyünü tabaqla,
Sulufunu vur dala.
Səlmi xala, çat görüm,
Qazanı qaynat görüm.
Əvvəl aşı süzərsən,
Nimçələri düzərsən.
Həlimini böləndə
Amma bir az bezərsən.
Səlmi xala, çat görüm,
Kəfkiri fırlat görüm.
Lobyaları ovucla
Həlimlərə qat görüm.
Çəkmə dünya qəmini,
Tapdıq işin çəmini.
Dəm nimçəsi sulandı
Dur al aşın dəmini,
Səlmi xala, çat görüm,
Közləri çək altına,
Qazanı fırlat görüm.
Kənd yerinin mayları,
Hayları-harayları,
Düyüsünü bölmüsən,
Qalıb qazmaq payları.
Səlmi xala, çat görüm,
Qazmağı çıxart görüm.
Bu gün mayın biridir,
Oynamağın yeridir.
Kişilər top-top oynar,
Gəlinlərin seyridir.
Səlmi xala, çat görüm,
Qaş gözünü at görüm.
Yayıldı narın-narın
Səsi zurnanın, tarın.

Yelləncəyi quruldu
Qızların, oğlanların,
Səlmi xala, çat görüm
Qızları yellət görüm.
Döşənib bağa
Yaşıl xalçalar.
Açıb lalələr
Qızıl xonçalar.
Bu xalça üstə
Ayaqlarımız
Bəxtəvər idi.
Bu xonça üstə
Barmaqlarımız
Bəxtəvər idi.
Biz də qaçırdıq,
Biz də uçurduq.
Qızlar özünü
Verib qırağa.
Arvadlar oynar
Qabaq-qabağa.
Kişilər üçün
Çalğılı məclis.
Bu məclislərə
Həsrət idik biz.
Böyüklər bizi
Qoymur yaxına.
Dəcəllər idik,
Biz qoşulurduq
Hər cür axına.
- Lap boğdu qeyrət məni,
A dostu, öyrət məni.
Yelləncəyim dayandı,
Bir az da yellət məni.
На yellənə-yellənə,
Saçlarımız tellənə;
Siz bürüyün bu bağı,
Bir də çalın tabağı.
Əydi Gülsənəm arvad
Yelləncəkli budağı.
На yellənə-yellənə,
Saçlarımız tellənə;

Örpəklər oynar,
Köynəklər oynar...
Uçub axırdı,
Bu yelləncəklər
Durna qatarı.
Bir də nə gördüm,
Yelləncək altda
Fəzli uzanıb
Bic-bic baxırdı
Altdan yuxarı.
Fəzli qımışıb
Hərdən gülürdü.
Gülsənəm arvad
Onu görürdü.

Birdən Gülsənəm arvad
Üz-gözünü bozartdı.
Bic-bic baxan Fəzlinin
Yaxasına əl atdı.
İstədi vursun onu
Tez əlini saxladı.
Fəzli pursulub bir az
Sonra bərkdən ağladı.
Gəlinlər güldü getdi,
Fəzli utandı yaman,
Nimçəsi bağda qaldı,
Birbaş götrüldü getdi.
Daha günəş dönürdü,
Həvəslər də sönürdü.
Bağda tapdaq otların
Dikəlirdi başları.
Soyudu qaldı yerdə
Çatdaq ocaq daşlan.
Susur qaval, susur tar,
Ocaq qıraqlarından
Yığılırdı qazanlar.
3
Armudların ləzzətlisi,
Almaların ən mətlisi
kənddə qalıb.
Dağ suyu, çay şırıltısı,
Dəyirmanın xırıltısı
kənddə qalıb.
Bir aydı ki, arandayıq,
Babadağın gümüş qaşı
Çox uzaqdan baxır bizə.
Canalının sarı daşı
Çox uzaqdan baxır bizə.
Kimdir duran, kimdir yatan,
Səhər kotan, axşam kotan;
Bu tikanlı, çayırlı yer
Öküzləri üzüb daha.
Kəllər sanki bezib daha.
Biz günləri əritmişik
mum etmişik.
Dərələri, yastanları şum etmişik.
Çarığımız cırıq-cırıq,
Kövşənləri qırıq-qırıq.

- Qaraltı var gədikdə!..
Bir dayanın, bir baxın!..
- Atlıya bax, atlıya,
Bəs niyə gəlmir yaxın?!
- Yəqin sədrdir gələn,
Gərək atı həmişə
Q gədikdə otlaya.
- Sədr gəlməz bu vaxtı. –
Hey о baxdı, bu baxdı.
Bəs bu xəyaldır, nədir,
Bəs bu sevincdir, nədir?!
- Forslu Kərəmdir gələn!
- Forslu Kərəm deyil, yox,
O, yüklü at minəndir?
- Bəlkə elə Səfərdir,
O, belə dinməz gələr.
- Səfər at minən deyil,
At olsa - minməz gələr.
- Aha, gözətçi Bayram!
- Aha, gözətçi Bayram!
- Qıçı gülləli Bayram!
«Ağacda qora, a Bayram dayı,
Düşmüsən tora, a Bayram dayı.»
Biz dönəndə çevrəyə,
Bayram düşdü dövrəyə.
- Salam, uşaqlar, salam!
Kolxozun şahinləri,
Kolxozun dirəkləri.
Bu yük sizin payınız,
İndi gəlin siz bəri.
Mən bölüm sizdən əvəz.
- Kənddə nə var, nə yox bəs?!.
- Kənddə nə var, nə yox, hə?!
- Balam, nə olacaq ki...
Kənd-kəsək gül içində,
Hamı sünbül içində.
Özləri də salamat.
Çəltiyimiz qiyamət,
Biçilir vurhavurla.
Ye aşını, yıxıl yat.
Bayram şikəst qıçını
Çıxarmışdı yadından.
Yük üstündən sürüşüb
О tez düşdü atından.
Bayram iki çuvaldan
Gör neçə pay çıxartdı.
- Ala, göndərib anan,
- Ala, göndərib bacın,
Alma, armud darıxdı,
Kisələri tez açın!
Hə, bu da duz torbası,
Alın verin Laçına.
Səlmi göndərib ona.
Laçm anlayıb bunu
Hey dil çəkir burnuna.
Bəzi kisələrin də
Dibindən mət axırdı.
Fəzli durub qıraqda
Bu paylara baxırdı.
Yetim Fəzli bilirdi
Kənddə bir kəsi yoxdur.
Bu kisələr içində
Onun kisəsi yoxdur.
Qovurğalar içində
Onun qovurğası yox,
Qovurğaya qatılmış
Ləpəsi yox Fəzlinin.
Onun da payı məndə,
Onun da payı səndə.
Amma indi dünyanın
Ən mehriban adamı
Bayram idi mənimçin.
Kənddən gələn kim isə
Anam idi mənimçin,
Atam idi mənimçin,
Bayram idi mənimçin.
4
Qaranlıq qaşını çatıbdır,
Dözmürəm mən daha.
Dərələr uzanıb yatıbdır
Sanki bir əjdaha.
Qorxular bürüyüb
Sağımı, solumu.
Kollar da
Bir topa zülmətdir.
Bitirlər qarşımda,
Kəsirlər yolumu.
Qaralır gözümdə
Şumlanan aşırım.
Laçına sığınıb
Qorxumu qaçırım.
Öküzlər istəyir
Udsunlar otlağı.
Öküzlər nə bilir
Onları otaran uşağın
Quruyur udlağı.
Küləkdən
Uğultu qoparır uçurum,
Laçına sığınıb
Qorxumu qaçırım.
Atam çox deyərdi
Bu yerlər barədə...
Çanaqlı bağalar
Taqqıltı salıbdır dərədə
Koramal sürüşür çayırdan,
Qorxuram üstümə qalxarlar,
Əqrəblər, gürzələr, talxalar.
Uzaqdan görünən
İşıqdır həyanım.
Qoy sürüm, qoy gedim obaya...
Dəstəçi hirslənər,
Yox, helə dayanım.
Qaralır gözümdə
Şumlanan aşırım,
Laçına sığınıb
Qorxumu qaçırım.
Kim isə yanıma gələcək,
Könlümdə bu güman.
Görmədim
Bir kola toxundum bu zaman.
Qalxıb nə uçdusa
Qəfıldən pırhapır;
Kəklikdi, bilmədim.
Təklikdi, bilmədim.
Soyudu, isindi bədənim,
Bayıldım...
Nəfəsi üzümə toxundu Laçının,
Ayıldım...
Öküzlər otlayır deyəsən,
Bir həlim küləklə
Həzindir çöl bayır deyəsən...
Fikrəmi dalmışam,
Nə qədər uzanıb qalmışam,
bilmədim.
Üstümə qaranlıq yağırdı
deyəsən.
Adını kim isə çağırdı
deyəsən.
Fəzlidir bu gələn,
Qafardır bu gələn,
Yoldaşlı gedirik deyəsən.
Öküzlər kölgədir sürünür,
Obamız görünür deyəsən...
О tənha, о qorxunc
Gecələr barədə
Könlündən keçəni
Deyəsən,
Deyəsən...
5
Səhər durub gördük dünya ağappaq,
Qalıb qar altmda kösöv, od, ocaq.
Qaratikanlar da düşüb sovruğa.
Qar yağıb kotana, boyunduruğa.
Qar yağıb
Laçının belindən axıb,
Qar yağıb,
araba banına yağıb.

Tarlanın üstünü tutub duman, çən,
Qar yağıb,
razıyıq gümüşü qardan;
Canımız qurtardı kotan əlindən,
Canımız qurtardı bu vurhavurdan.
Qar yağıb, qar yağıb!
Sevincim aşır,
Qafarın, Fəzlinin gözü oynaşır.
Elə bu sevinclə vurur hər ürək,
Kəndə gedəcəyik, biz kəndə, kəndə
- Kəndə gedəcəyik!
Atlanın görək! –
Çarıqların bağı çəkildi bərk-bərk
Amma çarığının kövşələri çəp,
Fəzli kimi isə söyür bu yerdə.
Araba oxlan yağlanır əcəb,

Araba şinləri yoxlandı bir də.
Obamız yenidən gəlibdir cana,
Hərə öz işini salır səhmana.
Öküzlər sallayıb qulaqlarını,
Laçın da burnunu sürtürdü qara.
Qafar vurub yerə ayaqlarını,
Kotanı qaldırır arabalara.
Samılar atıldı arabalara,
Zəncirlər yükləndi arabalara.
- Alın qəfədanı, qəfədan qalar,
- Götürün gəvahini, gəvahin qalar..
Top kimi büküldü yorğan-döşəklər
Araba çağına keçdi çantalar.
Öküzlər qabaqda,
Biz arxasınca,
Arabalar bizdən qalırlar dala.
Yığışdırıb olan-olmazımızı
Bir səhər çağında düzəldik yola
6
- Laçını qaytarın!
Laçını!
Laçın!!!
Bu səs uğuldadı qulağımızda,
Qar uddu bu səsin həyəcanını.
Qaytardıq geriyə
bu qarda, buzda
Laçını - kəllərin pəhləvanını.
Sırsıra bağlayıb Çağan meşəsi,
Keçən öküzlərin ayağı altda
Xırda nohurların sınıb şüşəsi.
Kiminsə cır səsi deşir qulağı:
- Laçını qaytarın,
araba batıb...
Sürürəm Laçını üzü aşağı,
Kəlin cod tükləri islanıb yatıb.
Axır gəlib çatdıq...
Əyriçaya bax!
Əyriçay şirədir, lildir ağappaq.
Çantalar, döşəklər əcəb çimmədə,
Arabamız da ki, üzür lehmədə.
Laçın baxan kimi bildi işini,
О heç dəyişmədi öz yerişini.
Bu kələ quru da, lehmə də birdi...
Qafar samılan düzəldən kimi
Laçın boyunduruq altına girdi.
(Onun cəsarəti, həvəsi nəydi?!)
Laçın bir güc gəldi
Şumalı əydi
Təpəli qoşdular,
Təpəli əydi.
Laçına tay hanı?
Hər kəli əydi.
Tavarı qoşdular,
yıxdı Tavarı.
Zənciri boşaldıb, sonra bir təhər
Araba qolunu sürüşdürdülər
Laçına sarı
Bu kəlin boynuna düşdü ağırlıq.
Laçın əyri-əyri baxdı bir anlıq.
- Hə, başına dönüm, ay Laçın!
günüm, ay Laçın...
Çək görüm, çək görüm...
Laçın da çəkdi...
Laçının qıçları dirək-dirəkdi.
Eh, bu kəl yüz belə sınaqdan çıxıb
- Hə, bir də, hə, bir də !
Laçın da coşdu...
Lehmə oxa çatıb, bana da qalxıb,
Araba tərpənmir,
araba daşdır.
Elə bil ki, qeyrət boğurdu kəli,
- Hə, bir də, hə, bir də!
Təkərlər bir qarış döndü irəli.
Gözləri pırtlayıb çıxır yerindən,
Laçın vurdu yerə dizini birdən
Çökdü,
yox, sözünə baxmadı bu yük.
Laçının bu dərdi dünyadan böyük...
О qalxdı,
dayandı,
ha bir də çəkdi,
Laçının qıçlan dirək-dirəkdi.
Qan gəldi qızardı gözü Laçının,
Gücdən qançır oldu dizi Laçının.
Zəncir qıjıldayır, çatlayır samı,
İstəyir Laçını saxlasın hamı;
Bütün qüvvəsini toplayıb ancaq
О çəkir,
vurnuxur,
dözür bir sayaq...
Bəlkə də ömrünün dönüb gərdişi,
Dünyada görməyib Laçın bu işi.
Üzündən, gözündən lehmə töküldü,
Qəfıldən yumaq tək Laçm büküldü,
O, əsdi,
O, əsdi,
yıxıldı,
durdu...
Təngidi nəfəsi, titrədi canı,
Axırda Təpəl də basdı Laçını.
Deyəsən Laçının yaşardı gözü,
İlk dəfə ömrünə qocalıq sözü
yazıldı sanki.
Dünyanın ən böyük bir pəhləvanı
Bizim qarşımızda basıldı sanki.
Bütün kotançılar baxırdı kələ,
Fəzlinin gözündən lap yaş axırdı.
Səsi xınldadı,
sanki bu səslə
Laçın da özünə ölüm çağırdı.
Aldilar boynundan boyunduruğu,
Ay Laçın, gəl keç...
Kəl öz yerindən də tərpənmədi heç.
Durub ayaq üstə lay divar kimi,
Üzəcək lehmədə qara bir gəmi...
Laçın titrəyirdi,
Kotançılar pərt...
Çərlədib Laçını öldürər bu dərd.
- Dayan görüm, a Fəzli,
Dayan görüm, ay Qafar!
Laçının bəxti döndü,
Heç belə də iş olar?..
Ayağını, əlini
Yaraladıq bir para.
Qulağından qan aldıq,
Eh, qanı da qapqara

Düşdü qışın qarına...
Bir az da su qaynadın,
Tökək ayaqlarına,
Ayaqları isinsin.
Sığallayın boynunu,
Ovuşdurun burnunu.
At belinə yorğanı,
Bəlkə qızınsın canı.
Alovladın tonqalı,
Bəlkə isinsin canı.
Əl atdıq hər əlaca...
Laçına bax, Laçına

Söykənibdir ağaca
Laçının bəxti döndü,
Laçın söykənən deyil.
Laçın elə kəl deyil...
Biz də heydən düşüb oturduq daha.
Laçın belə getsə çıxmaz sabaha.
Bu gecə meşənin qulaqları kar,
Yatır qar altında nazik budaqlar.
Elə bil vadiyə çəkilib qalay.
Gümüşü sahili kölgələndirib
Qara zülmət kimi axır Əyriçay.
Yanır tonqalımız,
qovur ayazı,
Alov budaqdakı qarı yandırır.
Ocaq, kəldə duran arabamızın
Palçıqlı banını işıqlandırır.
Lehmədən göllənib çarxların altı,
Samı, boyunduruq - palçıq qaraltı.
Sərilib tonqalın həndəvərinə,
Buğlanıb quruyur yorğan-döşəklər
Baxır kotançılar bir-birinə,
Qızarır köz üstə quru çörəklər.
Biri də közləri çəkir qabağa,
Çevirib belini Qafar ocağa,
Fəzli də tüstünü hey qova-qova
İslaq corabını verir alova.
Hamı sükut ilə baxır Laçına,
Sonra «heyf» deyib vurur qıçına.
Daha keçib getdi gecənin çoxu,
Başlar çiyinlərə əyilir hərdən.
Yorğun bədənləri boşaldır yuxu.
Mən isə yatmıram,
Gözlərim oyaq.
Laçınım, bu gecə həmsöhbət olaq.
Pəhləvanım, səninlə
Əritdik çox dərdi biz.
Kotanlı günlərimiz
Yadındamı, ay Laçın?
Çoxuna gəlib hədə
Kotançı Şahlar səni
Gizlətmişdi tövlədə.
Yəni səni оbaşdan
Özü qoşsun kotana.
Laçın kəlli bir kotan
Şöhrət gətirsin ona.
Mən də sənin dalınca
Düşmüş idim sorağa.
Mən о gecə sübhəcən
Baş vurdum hər bucağa.
Kotançılar içində
Başqa cür ad eylədim.
Qıfılını sındırıb
Səni azad eylədim.
Xəbər tutub bu işdən
Gəldi kotançı Şahlar
Səndən ötrü, ay Laçın,
Əzdi məni о ki var...
Döydü məni о ki var...
Yenə sən bizə düşdün,
Yenə sən mənim oldun.
Mən də gəzdim fəxr ilə...
На fırlandı dalınca
Şöhrətli kotanımız,
Qüvvətli kotanımız.
Bax, sən həmin pəhləvan,
Bax, sən həmin Laçınsan.
Əyilmədi bir кəгə
Sənin polad dizlərin
Toxum kimi səpilib
Şuma dəvə izlərin,
Düzə dəvə izlərin.
Tayalar qaldırmısan
Düzdə, xırman yerində
Sünbüllərimiz bitib
Sənin ləpirlərində.
Uçdu birdən-birə
bir qaya uçdu,
Uçdu birdən-birə,
dərə qovuşdu.
Hündür budaqların töküldü qarı,
Birdən tufan qopdu, dəli bir tufan.
Buynuzlar siyirdi sərt budaqları,
Cağan ağacı da çıxdı qabıqdan.
Bir nəhəng sərildi qara torpağa...
Birdən kötançılar qalxdı ayağa.
Birdən Əyriçay da kükrədi, daşdı,
Deyəsən Qafarın gözləri yaşdı,
Deyəsən Fəzlinin gözləri yaşdı.
Samılar titrəyib düşdü əlimdən,
Deyəsən özümü itirmişəm mən.
Deyəsən ocaq da qaralıb sönür,
Deyəsən araba çarxları dönür.
Deyəsən gedirik üzü yuxarı...
Deyəsən küləklər sovurur qarı...
Kotançılar qara kölgələr kimi,
Gedirik dinməzcə
özgələr kimi,
Deyəsən sürürük kəl, öküzləri,
О kəl dala baxıb niyə dayanmır?
Yanır öküzlərin çıraq gözləri,
Deyəsən Laçının gözləri yanmır.

Oyanar yuxusundan
Kənd-kəsək sübh çağında,
Uşaqlar da yüyürüb
Durar yol qırağında.
Havada xırda əllər
Salamlar kotançını,
Salamlar bu karvanı.
Birdən soruşacaqlar:
- Vay, vay, bəs Laçın hanı?!
- Qaqaş, bəs Laçın hanı?
- Dayı, bəs Laçın hanı?
Səlmi xala bu dərdi
Ürəyinə salacaq.
Sənə duz göndərdiyi
Kisəni də alacaq,
Çatdaq dodaqlarım çıxıb yadımdan,
Yorğun ayaqlarım çıxıb yadımdan.
Deyəsən gedirik üzü yuxarı,
Deyəsən küləklər sovurur qarı.
Görünür kəndimiz üstündə duran
Canalı dağının axar-baxarı...

Epiloq əvəzi
Günlər, aylar dolandı
Yenə çəltik zəmisi
Dalğalandı
Laçınsız.
Yatmış buğda dənləri
Sünbül-sünbül oyandı
Laçınsız.
Xırmanlar dərzlə dolub
Arabalar qalandı
Kotanlar da yeridi,
Malalar da yeridi;
Tala, düzən şum idi
Laçınsız.
Elə günlər gəldi ki,


Keçdi о vurhavur da.
Çox araba banları
Çürüdü orda-burda
Aylar, illər dolandı...
Samılar salbalandı
Qaldı qoz ağacında.
Çox saxladıq samanı
Heç gəlmədi zamanı,
Gərək olar dedilər,
Boyunduruqları da
Künc-bucağa atdılar.
Dəcəl-dəcəl uşaqlar
Araba şinlərini
Dağdan dığırlatdılar.
Əl kotanı pas atdı,
Kəl kotanı pas atdı.
Tarlaları düzləri
Dəmir atlar oyatdı.
Kotançının dəyişdi
О əvvəlki öyüdü.
Tarlalar da böyüdü,
Anbarlar da böyüdü.
İtiləndi yaddaşım...
Oldu yetim Fəzli də
Skamya yoldaşım.
О günlər söz-söz oldu,
Ürəyimə yığıldı.
Əzizlərim, sizinçin
О günlər bir nağıldı.
Nağıl tək baxmayın amma keçmişə,
О illərdən gəlir eşqim, həvəsim.
Bilin, əzizlərim, mənim həmişə
Torpaq haqda olur birinci dərsim.

1972
XS
SM
MD
LG