Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:55

Əkbər Qoşalı. Bir oğul istərəm Özqan adında


(yurd itirmiş analara bağışladım)




Bir oğul istərəm Özqan adında,


kimliyi görsənə Öz, Qan, Ad-ında,


Qaytara büsbütün Qarabağını,


uça öz göyündə, öz qanadında.




Qanadını gərə gəzə göyləri,


Göyçəni, Dərbəndi görə gözləri,


aça bayrağımın qara bağını,


öpə yaşılları, alı, göyləri.




...Dağlarım dərdini qara deyirlər,


niyə ağı dərdə "qara" deyirlər?!


Həm qoru, həm də ək, Qara, bağını,


bizlərdə böyüyə Qara deyirlər.




Bir oğul de, Qara Özqan adında,


kimliyi görsənə Öz, Qan, Ad-ında,


Qaytara Təbrizi, Qarabağını,


ça öz göyündə, öz qanadında.
XS
SM
MD
LG