Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:43

Neft bumunun sonu?


2008-2011-ci illərdə Azərbaycanda neft istehsalı təmayülü
2008-2011-ci illərdə Azərbaycanda neft istehsalı təmayülü

İqtisadi və Sosial İnkişaf Mərkəzi


BP-nin başçılıq etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Azəri, Çıraq və Günəşli yataqlarından bu ilin yanvar-iyun aylarında 19 milyon ton neft çıxarıb.
Bu da bir il əvvəlii səviyyədən 5,9 faiz aşağıdır.

2011-ci ilin birinci yarısında ABƏŞ-in işlədiyi Şahdəniz yatağında 3,07 milyard kub metr qaz istehsal olunub. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azdır.

Bu ilin birinci yarısında Azərbaycanda 23 milyon 800 min ton neft çıxarılıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 445 min ton azdır.

Neft bumunun sonudurmu?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) ekspertlərinin fikrincə, Azərbaycan hələ neft bumunu yaşamaqdadır.
Neft gəlirlərinin ən yüksək nöqtəsi isə 2012-ci ilə gözlənilir.
XS
SM
MD
LG