Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:19

Jurnalistə qarşı təhdid


Sentyabrın 10-da naməlum şəxs jurnalist İdrak Abbasovun qarşısını kəsərək onu təhdid edib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən jurnalist deyir ki, hadisə səhər saat 10 radələrində, o xəstəxanadakı valideynlərinə yemək apararkən baş verib:

«Öz maşınımla xəstəxanaya yemək aparırdım. «Mercedes»in arxadan məni təqib etdiyi gördüm. Bir az gedəndən sonra yolumu kəsdi. «Mercedes»i idarə edən təxminən 35 yaşında dolubədənli bir oğlan idi. Məni söydü, təhqir elədi. Səbəbini soruşanda, bəhanəsi bu oldu ki, guya yolda onun maşınının qarşısına keçmişəm. Bilmədiyimi, hətta səhv elədiyimi dəfələrlə desəm də, xeyri olmadı. Ağzına gələn söyüşləri söydü, hətta məni öldürəcəyini də dedi».

İdrak Abbasov deyir ki, o, yolunu kəsəndən canını qurtarandan sonra polisə rəsmi müraciət edib. Artıq Yasamal rayon 29-cu polis bölməsi araşdırmalara başlayıb.

Sentyabrın 9-da Dövlət Neft Şirkətinin bir qrup əməkdaşı jurnalist İdrak Abbasovun ailəsinə məxsus həyətə daxil olaraq evi uçurub, onun valideynlərinə və qardaşına xəsarət yetiriblər. Hazırda onun anası Naimə Quliyeva və kiçik qardaşı Ədalət Abbasov 1 saylı şəhər xəstəxanasında müalicə alırlar. Atası Telman Abbasov isə 4 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
XS
SM
MD
LG