Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:16

Sabir Rüstəmxanlı: «Urmiya gölü İranda «duz inqilabı»nın başlanğıcıdır»


Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
AzadlıqRadiosunun «İşdən sonra» proqramına qonaq olan Dünya Azərbaycanlıları Konqresinin sədri, deputat Sabir Rüstəmxanlının fikrincə, Urmiya problemini İran rejimi qəsdən yaradıb:

«Urmiya məsələsi ümummilli faciəyə çevrilə bilər. Urmiyanı İran rejimi qəsdli şəkildə qurutmaqla məşğuldur. Onun içindən körpü çəkdilər. Urmiya gölü iki hissəyə parçalandı. Artıq 20 faizi quruyub. 10 mlrd ton duz var orada. Urmiya gölü qurusa, Azərbaycanda adam qalmaz. Bir yerdə kompakt yaşayan o milləti torpağından qoparmaqla onun milli müqavimətini qırmaq siyasəti aparılır İranda».

S.Rüstəmxanlı hesab edir ki, Azərbaycan dövləti bu məsələyə münasibət bildirməlidir:

«Məncə, Azərbaycan dövləti diplomatik kanallarla İranla bu məsələ barədə danışmalıdır. Urmiya gölünün quruması təkcə İran və bizim oradakı güneyli qardaşlarımız üçün yox, həm də Azərbaycan və Türkiyə, qonşu dövlətlər üçün faciəyə çevrilə bilər. Beynəlxalq qurumların diqqətini bu gölün faciəsinə yönəltməliyik».

S.Rüstəmxanlı deyir ki, bu ekoloji problem sabah siyasi problemə çevrilə bilər:

«Urmiya gölü İranda artıq «duz inqilabı»nın başlanğıcıdır. Bu gün milləti pul ayırmaqla və ya polis gücü ilə sakitləşdirsələr də, göl qurumaqda davam edəcəksə, sabah yenə bu hadisələr baş qaldıracaq. Bu gün bu, ekoloji etirazdırsa, sabah siyasi etiraza çevrilə bilər və İranın hər tərəfini bürüyə bilər…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG