Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:48

Nobel mükafatı kimə çatacaq? Ən çox kimə pul qoyurlar?


Adonis
Adonis
Nobel mükafatı kimə çatacaq? - sualının cavabını, əlbəttə ki, yalnız İsveç Akademiyasındakı müzakirələr bitəndən və son seçim ediləndən sonra bilmək olar.

Amma hər il Britaniyanın "Ladbrokes" bukmeker kontoru da kimlərin mükafata daha çox şanslı olması ilə bağlı siyahısını hazırlayır.

Əlbəttə, bu, şərti siyahıdır və kontorda pul qoyub bu və ya digər yazarın mükafat alacağı haqda proqnoz verənlərin fikrini əks etdirir.

Beləliklə, bu ilki siyahıda ən şanslı sayılan - 82 yaşlı suriyalı şair Adonisdir.

Bu il Avropanın ən nüfuzlu şeir mükafatını - Göte mükafatını alan Adonisin şansları 4/1 kimi qiymətləndirilir.

İkinci yerdə İsveç şairi Tomas Transtromer (9/2), üçüncü yerdə isə amerikalı Tomas Pinçon (10/1) gəlir.

Azərbaycanda daha çox tanınan bəzi başqa yazarların siyahıdakı şansları belədir:

Haruki Murakami - 16/1,
Filip Rot, Kormak MakKarti - 25/1,
Milan Kundera - 33/1,
Salman Rüşdi - 40/1,
Viktor Pelevin, Umberto Eko - 50/1

Amma Nobel mükafatını kimin alacağını tapmaq asan məsələ deyil. Bunu bukmeker kontorunun ötən illərdəki təcrübələri də göstərir.

Ötən il kontorda proqnoz verənlərin favoriti İsveç şairi Tomas Transtromer idi. Amma mükafat perulu yazıçı Mario Varqas Lyosaya verildi.

Bu il mükafatın kimə veriləcəyi oktyabrın ilk yarısında bəlli olacaq.

Həmçinin oxu
Suriyalı şair nüfuzlu ədəbiyyat mükafatını alır

Məşhur ərəb şairi Suriya liderini istefa verməyə çağırdı
Ərəblərin ən məşhur şairini mövqesizlikdə günahlandırırlar
XS
SM
MD
LG