Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:46

Daha 3 müxalifətçiyə 2 il 6 ay həbs cəzası verildi (VİDEO)


Daha 4 müxalifətçiyə oxunan hökmə etiraz
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00
Direct-ə keçid

Səbayıl rayon məhkəməsinin binası önündə müxalifətçilər "Azadlıq", "İstefa" şüarları səsləndirdilər.

Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-də şöbə müdiri Məhəmməd Məcidli 2 il 6 ay müddətinə azadlıqdan məhrum edildilər.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə 2 il şərti azadlıqdan məhrum edilib.

Bu haqda hökm oktyabrın 3-də Səbail rayon Məhkəməsində oxunub.

Məhkəmənin qarşısına onlarla müxalifət tərəfdarı toplaşıb. Onlar Xalq Cəbhəsi, Müsavat, eləcə də başqa müxalifət partiyalarının və təşkilatların üzvləridir. Müxalifət liderləri Əli Kərimliİsa Qəmbər də burdadır.

Amma hökm oxunarkən nə jurnalistlər, nə də müxalifətçilər məhkəmə zalına buraxılıblar. Hətta haqqında hökm oxunacaq AXCP sədrinin müavini Fuad Qəhrəmanlını da içəri girməyə qoymayıblar. Ancaq az sonra məhkəmə katibi onu içəri aparıb.

Çevik Polis Alayının əməkdaşları bura toplaşanları yaxınlıqdakı parka doğru sıxışdırıblar. Əməkdaşımız xəbər verir ki, ətrafda onlarla polis var. Onlar az qala ətrafdakı bütün binaları, çıxış-girişləri mühasirəyə alıblar.

Məhkəmə binasının qarşısı
Fasiləyə qədər Məhəmməd Məcidli son sözlə çıxış edib. O, bu məhkəməni «siyasi sifariş» adlandırıb, deyib ki, mübarizəsini həbsdə olsa belə davam etdirəcək.

Məhəmməd Məcidli üzünü hakimə tutaraq deyib:

«Azərbaycanı sevirsinizsə, Azərbaycanın inkişafını, yaxşılığını istəyirsinizsə, doğru bildiyiniz qərarı qəbul edin. Mən Sizin yerinizə olsaydım, özüm həbsə gedərdim, amma burdakıları azadlığa buraxardım».

MÜXALİFƏT TƏRƏFDARLARI AKSİYA KEÇİRİRLƏR

Səbail məhkəməsinin qarşısında müxalifət tərəfdarları aksiya keçirir. Onlar «İlham istefa!» və «Azadlıq!» şüarları səsləndirirlər. Polis şüar səsləndirən qızı saxlamaq istəsə də, aksiyaçılar buna imkan verməyiblər.

Məhkəmə binasının qarşısına toplaşmış polislər
ƏLİ ƏKBƏR, SEYMUR BAYCAN VƏ ELNUR ASTANBƏYLİ MÜSAVATA QOŞULDULAR

Məhkəmənin qərarına etiraz olaraq yazıçı Əli Əkbər, Seymur Baycan və yazar Elnur Astanbəyli Müsavat Partiyasına üzv olublar.

Bu haqda məlumatı təsdiqləyən Əli Əkbər AzadlıqRadiosuna deyib:

«Səbəb müstəqilliyin, istiqlalın qazanılmasına imza atmış, 100 yaşı tamamlanan Müsavat Partiyasının rəhbərliyində olan bir şəxsin həbsinə etirazdır. Son ana qədər biz ümid edirdik ki, hakimiyyət belə addım atmaz. Amma vəziyyət daha ağırmış. Məqsəd dəyərləri ucuzlaşdırmaq, gözdən salmaqdırsa, biz də bu cür addım atırıq».

«BU MƏHKƏMƏ DƏYƏRLƏR UĞRUNDA MÜBARİZƏNİ GÜCLƏNDİRƏCƏK»

Müsavat Partiyasının başqanı İsa Qəmbərin oktyabrın 3-də bir qrup müxalifətçi ilə bağlı çıxarılan hökmə münasibəti belə oldu:

- Bu məhkəmə Əliyev iqtidarının mahiyyətini bir daha ifşa etdi. Əliyev rejiminin bioqrafiyasına daha bir qara ləkə kimi yazıldı. Bizim dostlarımız, silahdaşlarımızsa Arif bəy başda olmaqla çox yüksək səviyyədə davranışları ilə, nitqləri ilə daha bir mübarizə nümunəsini xalqa, xüsusən gənclərə nümayiş etdirdilər. Hakimiyyətin bu addımı cəmiyyətdə dəyərlər uğrunda, haqq-ədalət uğrunda mübarizəni gücləndirəcək. Elə indicə mediada məlumat yayıldı ki, bir sıra yazarlar hakimiyyətin murdar qərarına etiraz olaraq Müsavata keçmək haqda qərar qəbul ediblər. Bunu da cəmiyyətin hakimiyyətə etirazının bir forması kimi yüksək qiymətləndirmək lazımdır.

İsa Qəmbər və Əli Kərimli
«HEÇ SOVET DÖVRÜNDƏ DƏ SÜBUTSUZ HÖKM ÇIXARILMIRDI»

AXCP sədri Əli Kərimli isə bu hesab edir ki, bu məhkəmə işi hakimiyyət tərəfindən quraşdırılıb və 2 apreldə İctimai Palata tərəfindən heç bir cinayət törədilməyib:

- Məhkəmədəsə ittiham tamamilə alt-üst oldu. Heç sovet dövründə də bu dərəcədə açıq-aşkar, həyasızcasına, sübutsuz hökm çıxarılmırdı. Məhkəmənin gedişində bircə şahid tapılmadı ki, bu şəxslər tərəfindən hər hansı cinayətin törədildiyini təsdiqləsinlər.
Bu məhkəmə əslində rejimin özünü mühakimə prosesi oldu. Xüsusilə dostlarımızın son sözlə çıxışları zamanı hakimiyyətə verdikləri qiymət, mövqe onu göstərdi ki, mühakimə olunan İctimai Palata üzvləri yox, özü idi. Bu günkü hökm isə olduqca əsassız, qərəzli, sifarişlə çıxarılıb. Bu hökmdə nəinki hüquq yoxdur, hökumətin radikal yanaşması da görünür. Bu maddəylə bizim əqidədaşlarımıza mümkün olan ən ağır cəzanı verdilər. Bu onu göstərir ki, Azərbaycan hakimiyyəti də başa düşür ki, məğlubiyyətə məhkumdur, dayaqlarını itiriblər. Yeganə ümidləri qorxunu saxlamaqdır.

Bir məqama diqqət edin. Bu hökm İlham Əliyevin Avropa Birliyi sammitində 27 ölkə qarşısında rəsmən demokratiya və insan haqlarını müdafiə etməklə bağlı öhdəlik götürməsindən sonra verildi. İki gün sonra öhdəlik pozuldu.

2 il şərti olaraq azadlıqdan məhrum edilən Fuad Qəhrəmanlı dostları ilə görüşərkən

Məkhəmə qarşısında etiraz aksiyası
XS
SM
MD
LG