Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:34

Sünnət qadağasına son qoyuldu


Amerikada uşaqlarını sünnət edənlərin həbsini istəyənlər vardı

Kaliforniya qubernatoru yeni doğulmuş oğlan uşaqlarının sünnətinə məhdudiyyət yaradan normaları qadağan edən qanunun imzalayıb.

Bundan əvvəl Los-Ancelesde sünnəti qadağan edilməsi ilə əlaqədar referendum keçirilməsi tələb olunurdu. Bu məqsədlə bir sıra ictimai təşkilatlar 12 mindən çox imza toplamışdılar. Onlar Los-Ancelesdə sünnət praktikasına birdəfəlik son qoyulmasını istəyirdilər.

Bu qadağanın tərəfdarları bildirirdilər ki, sünnət tibbi baxımdan mənasız, uşaqların psixikasına pis təsir edən prosesdir. Onlar qadağanı pozanlara qarşı yüksək miqdarda cərimə, hətta həbs cəzasının tətbiqini istəyirdilər.

Lakin Los-Anceles məhkəməsi noyabra planlaşdırılan referendumu ləğv edib. Məhkəmə qərarına əsasən, belə bir qadağa ABŞ-da dini azadlıq haqqında qanunun tələblərinə ziddir. Bundan sonra Santa-Monika şəhərində də analoji referendum təşəbbüsündən geri çəkildilər.

Oğlan uşaqlarının sünnəti İslam və iudaizm davamçıları üçün vacib şərtdir. Bundan əlavə, ABŞ-da qeyri-dini baxımdan da bu prosedur geniş yayılıb. Son məlumatlara görə, yerli tibb müəssisələrində yeni doğulan oğlanların 57 faizi bu prosesə məruz qalır.
XS
SM
MD
LG