Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:38

Müəmmər Qəddafi necə ölüb?


Muammar Qaddafi Sirtedə öldürülüb
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00
Direct-ə keçid

Bir həftə davam edən fasiləsiz döyüşlərdən sonra Muammar Qaddafi doğulduğu Sirte şəhərində öldürülüb. Onun cəsədindən çəkilən ilkin kadrlar.

Liviyanı uzun müddət idarə etmiş Müəmmər Qəddafinin (Muammar Qaddafi) ölüm xəbərini alan liviyalılar şənliklər keçirirlər.

Milli Keçid Şurası bildirib ki, Qəddafi tərəfdarları ilə Milli Keçid Şurası qüvvələri arasındakı atışma zamanı yaralanıb. Xəbərdə bildirilir ki, onların Qəddafini öldürmək niyyəti olmayıb:

«O, oktyabrın 20-də Sirtdə yaralı vəziyyətdə əsir götürülüb. Xəstəxanaya aparılarkən yolda Müəmmər Qəddafinin əleyhdarları ilə tərəfdarları arasında atışma düşüb və o, başından ölümcül yaralanaraq keçinib».

Baş nazir Mahmud Cibril (Mahmud Jibril) deyib ki, Qəddafi başından aldığı güllə yarasından ölüb.

Bundan əvvəl isə belə məlumat yayılmışdı ki, Qəddafi ələ keçirilməmişdən az əvvəl onun hərəkət etdiyi konvoya ABŞ və Fransa hərbi hava qüvvələri zərbələr endirib. Sağ qalan Qəddafi bir qrupla drenaj borusunda gizlənib.

Qəddafinin meyiti Misrataya aparılıb. Onun harada basdırılacağı hələ bilinmir. Dəfninin çox güman ki, gizli olacağı bildirilir.

ABŞ prezidenti Barak Obama (Barack Obama) bildirib ki, artıq tiranlığın qara kölgəsi qalxıb:

«Bu gün Liviya hökuməti Müəmmər Qaddafinin öldürüldüyünü elan edib. Bu, Liviya xalqı üçün uzun və əzablı bir dövrün sonu deməkdir. İndi yeni, demokratik Liviyada xalqın öz taleyini müəyyən etməsi üçün imkan yaranıb».

Obama deyib ki, Qəddafinin taleyi öz hakimiyyəti uğrunda döyüşməyə hazır olan digər ərəb liderləri üçün də bir mesaj olmalıdır. «Bütün dəmir hakimiyyətin gec-tez sonu çatır», - deyə Obama bildirib.

***
Liviyanın devrilmiş lideri Muammar Qaddafinin öldürülməsilə bağlı məlumatlar gəlir.

Liviyadakı müvəqqəti milli şuranın informasiya naziri Mahmud Shammam və şuranın sözçüləri Qaddafinin Sirt şəhərindən qaçmaq istəyərkən öldürüldüyünü xəbər verirlər.

Həmçinin beynəlxalq televiziya kanalları meyitin foto görüntülərini yayıblar.

Liviyadakı müvəqqəti milli şuranın rəsmisi az sonra həmin adamın Qaddafi olduğunu bəyan edib.

Milli şuranın rəsmisi Abdel Majid isə Reuters agentliyinə müsahibəsində Qaddafinin ələ keçirilərkən aldığı yaradan öldüyünü deyib.

Liviyanın müvəqqəti baş naziri Mahmud Jibrilin mətbuat konfransı keçirəcəyi gözlənilir.

NATO və ABŞ Dövlət Departamenti hələlik bu məlumatları təsdiqləməyiblər.
XS
SM
MD
LG