Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:37

Vaşinqton İranda “virtual səfirlik” açır


Vaşinqton İranda “virtual səfirlik” açmaq niyyətindədir, baxmayaraq ki, iki ölkə arasında diplomatik əlaqələr yox səviyyəsindədir. Bu bəyanatla ABŞ-ın baş katibi Hillary Clinton çıxış edib.

“Amerikanın səsi” radiosunun İran xidmətinə müsahibəsində Clinton deyib ki, “virtual səfirliyin” internet səhifəsi iranlıları viza, təhsil və digər proqramlar barədə məlumatlandıracaq.

Clinton onu da deyib ki, ABŞ hərbi diktaturaya çevrilən İran rejimi ilə gərgin münasibətlərə baxmayaraq, sadə iranlılarla əlaqələri genişləndirməyə ümidlidir.
XS
SM
MD
LG