Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:25

Azərbaycanı hədələyən İran Ayətullasına cavab gəldi


Dövlət Komitəsinin təmsilçisi Gündüz İsmayılov deyir ki, Ayətulla qərəz və böhtanları ilə Azərbcaynda dindarları qarşı-qarşıya qoymaq istəyir


“Ayətullah Nasir Məkarim Şirazinin Azərbaycanda dini durumla bağlı fikirləri əsassız və qərəzlidir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov AzadlıqRadiosuna İran Ayətullası Nasir Məkarim Şirazinin Azərbaycanla bağlı fikirlərini şərh edərkən belə deyib.

G.İsmayılovun özlərinə görə, böhtan xarakterli bu cür fikirləri səsləndirmək din xadimi adına yaraşmır:

“Bu şəxsin və onun kimilərin həqiqəti məqsədli şəkildə təhrif edərək, Azərbaycanla bağlı böhtanlar yayması və dindarları dövlətə qarşı qoymaq cəhdləri ilk dəfə baş vermir”.

“Azərbaycanda heç vaxt islamafobiya olmayıb və ola da bilməz” Dövlət Komitəsi təmsilçisinin sözlərinə görə, burada məscidlərin dağıdıldığını və insanların ibadət evlərinə getməsinə qadağa qoyulduğunu iddia etmək absurddur:

“Görünür, bu şəxs adına və tituluna yaraşmayan, amma yerinə yetirməyə borclu olduğu “vəzifə”ni yalan və böhtanla da olsa, icra etməyə çalışır. Hər kəs bilməli və qəbul etməlidir ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur. Heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana ixrac etmək fikrinə düşməməlidir”.

G.İsmayılov hesab edir ki, müsəlmanları məzhəblərə bölmək, onları üz-üzə qoymaq heç kimə, xüsusilə din xadimi adını daşıyan şəxsə başucalığı gətirmir. Və əgər kimsə belə bölgü aparırsa, bu, onun səviyyəsini, İslama münasibətini və hansı niyyət güddüyünü göstərir.

Xatırladaq ki, İran Ayətullası Nasir Məkarim Şirazi bir neçə gün öncə Qum şəhərində “Əzəm” məscidində keçirilən xütbədə Azərbaycanda islamofobiya hallarının artdığını əsas gətirərək, dövlət rəsmilərinə xəbərdarlıq etmişdi. Şirazinin fikirləri haqqında xəbəri buradan oxumaq olar.
XS
SM
MD
LG