Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:01

Avropanın borc böhranı hələlik həll olundu


Avrozona ölkələrinin fövqəladə sammiti borc böhranının həllində prinsipial razılığa gələ bildi.
Sammitin yekununda Fransa prezidenti Sarkozi deyib: “Biz razılığa gəldik və mənim fikrimcə, Yunanıstanın borc böhranına layiqli və ambisiyalı cavab verdik”.

Bazarların reaksiyası müsbətdir. Avronun məzənnəsi sammit başlananda 1,38 dollar idisə, sammitdən sonra 1,40 oldu.

SAZİŞİN ƏSAS MƏQAMLARI

Sazişə görə, Yunanıstana borc verən özəl banklar bu borcun 50 faizini bağışlamağa razı olur.
Bununla Yunanıstanın borcu 2020-ci ilə Daxili Məhsulun “cəmi” 120 faizi olacaq.

Borc bağışlanmasaydı, bu, 186 faiz olmalı idi.

Borcun bağışlanması, bankın ona çatacaq puldan imtina etməsi maliyyəçilərin jarqonunda Azərbaycan dilində desək, “saç kəsmək və ya tük qırxmaq” və bəlkə də “ütmək”dir. Bu ifadədən geniş istifadə edən Qərb mediası yazır ki, Yunanıstanın borc problemini bankları 50 faiz ütməklə həll etdilər.

Bankları buna razı salmaq çox çətin olub. Onlar ən çoxu 40 faizə razı idilər.

Sazişin ikinci əsas maddəsi Avropanın maliyyə Sabitliyi Fondunun 1 trilyon avroya çatdırılmasıdır. Hazırda bu Fond 440 milyard avrodur.
Fonddan sabitliyə pullar xərcləndiyinə görə, burda cəmi 250 milyard avro qalmışdı.

Fondun artırılması yeni pul çapı hesabına olmaycaq.
Buna görə, avro dəyərdən düşməməlidir.

Fondun artırılması mürəkkəb və dolayı mexanizmlə olacaq.

1. Avropa ölkələrinin borclarını alanlara xüsusi təminatlar, sığortalar təklif olunacaq ki, bunu həvəsləndirsinlər.
2. Özəl investorlar və eləcə də Çin kimi ölkələr Sabitlik Fonduna pul qoya bilərlər.

Sazişin üçüncü bəndi banklardan tələb edir ki, gələn ilin iyununa kimi öz kapitallarını 106 milyard avro artırsınlar.

Bu, hansısa ölkənin müflis olmağından və ya İtaliya, İspaniya kimi ölkələrdə borc böhranı yaranmağından qorunmaqda qalxan rolunu oynamalıdır.

AVRONUN QİYAMƏT GÜNÜ

Saziş borc böhranını hələlik həll etdi. Ancaq sonra nə olacaq?

Britaniyanın Dayli Telegraph qəzetinin maraqlı başlığı var : “Avronun qiyamət günü yaxınlaşır, ancaq bunu izah etmək çox yorucu və mürəkkəbdir”.

Qəzet yazır ki, Yunanıstan müflisdir, Yunanıstana borc verən banklar Almaniya və Fransa banklarıdır, onlar da müflis ola bilər.

Banklar pis vəziyyətə düşsə, pulu kimdən istəyəcək? Hökumətdən sitəsələr,
hökumətlər də bankları xilas etsə, özləri Yunaıstan kimi pis vəziyyətə düşməyəcək ki?

İtaliyanın böyük borcları var. İtaliya müflisliyə yaxınlaşsa, Almaniya ona pul verəcəkmi?

Sabitlik Fondu artırılır, ancaq bütün bunlara nə qədər pul lazımdır? Pulu kim verəcək?

Daily Telegraph yazır ki, JP Morgan kimi nəhəng bankın bir təhlilçisini vəziyyət o qədər çaşdırıb ki, o, vəziyyəti uşaq konstruktor oyunu olan Lego ilə izah etməyə başlayıb.

“BU, MARAFONDUR”

Avrozona liderləri hesab edirlər ki, problem çıxdıqca, həll olunmalıdır.

Avropa Komissiyasının sədri Barroso deyib : “Sazişin bəndləri müstəsna addımlardır və addımlar müstəsna dövrdə atılır. Ona görə ki, Avropa heç vaxt bu vəziyyətə düşməməlidir”.

“Avropa öz maliyyə sabitliyini qorumaq üçün nə lazımdır edəcək. Mən həmişə demişəm, bu iş marafondur, sprint deyil”.
XS
SM
MD
LG