Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:33

Yunanıstanda referendum təklifinə dünya bazarları kəskin mənfi reaksiya göstərib


Dünyanın maliyyə bazarları Yunanıstanın referendum keçirəcəyi xəbərinə kəskin mənfi reaksiya göstəriblər.
Bazarlarda səhmlərin qiymətləri düşüb.

Yunanıstanın baş naziri Papandreu bildirib ki, hökumətin kəskin ixtisarlar planı geniş siyasi dayaq tələb edir, buna görə bu məsələ referenduma çıxarılmalıdır.

Referendumun nəticəsi isə indidən bəlli hesab olunur. Çünki həftəsonu sorğuya görə, yunanların 60 faizi hökumətin ixtisarlar planına mənfi yanaşır.

Avrozona liderləri keçən həftə Yunanıstanın borclarının 50 faizini silməyə və Yunanıstana 130 milyard avro yardıma razı oldular, ancaq bunun müqabilində Yunanıstan hökuməti borcları azaltmaq üçün kəskin qənaət etməlidir.
XS
SM
MD
LG