Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:44

Ziyalılar Forumu: «Gənc fəallara qarşı həbs yolverilməzdir»


Ziyalılar Forumunun görüşü
Ziyalılar Forumunun görüşü
Ziyalılar Forumunun «Cəmiyyət və mənəviyyat» mövzusuna həsr olunmuş iclasında müasir cəmiyyətin mənəvi durumundan ciddi narahatlıq ifadə olunub:
«Siyasi, hüquqi və sosial-iqtisadi reallıqlarla əlaqədar ictimai mənəvi düşkünlük, sosial ədalətin aşağı səviyyədə olması, dövlət orqanları və vətəndaşlar arasında dialoqun olmaması narahatlıq üçün əsas törədən hallardır».
Ziyalılar Forumu bəyan edir ki, gənc fəallara qarşı həbs və məhkəmə təqibləri ilə müşayiət olunan təzyiqlər yolverilməzdir.
Forum müəyyən edib ki, məhkəmə təqiblərinə səbəb olan halların mütləq əksəriyyəti ölkə və cəmiyyət qarşısında cinayətlə yox, bugünkü reallıqlar, yürüdülən dövlət siyasətinə müxtəlif baxışların və mövqelərin toqquşması ilə bağlıdır.
«Azərbaycanda sərbəst toplaşma azadlığı hüququnun reallaşması ilə bağlı ciddi problemlər var. Forum dövlət orqanlarını toplaşma azadlığını reallaşdırmaq üçün daha məqbul yerin müəyyən olunmasına və şəraitin yaradılmasına, həmçinin mitinq keçirilməsinə cəhdlə əlaqədar barəsində məhkəmə prosesi başlamış siyasi və gənc fəalların azad olunmasına çağırıb».

«HİCAB PROBLEMİ»
Ziyalılar Forumu «hicab» problemi ilə əlaqədar dindarların həbsindən və təqib olunmasından ciddi narahatlığını bildirir. Forum parlamenti bu məsələləri dəqiq tənzimləyən qanun hazırlamağa və qəbul etməyə çağırır. Belə qanunun qəbulundan əvvəl isə Forum hakimiyyəti həbs olunmuş dindarları azad etməyə çağırır.
Ziyalılar Forumu alternativ xidmət haqqında qanunun hazırlanmasını və qəbulunu vacib hesab edir. «Bu, ölkənin beynəlxalq öhdəliklərindən biridir. Qurum Bəxtiyar Hacıyev və Cabbar Savalanlının həbsdən azad olunmasına çağırır».
Forum nümayəndələri Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Əkrəm Əylisli, Ramiz Rövşən və Eldar Namazov Ədliyyə Nazirliyinə müraciət edərək həbsdə olan gənc fəallara baş çəkməyə icazə verilməsini xahiş ediblər.
Forum həbsdə olan fəallara müəllif imzaları ilə kitabların çatdırılması kampaniyasına başlayıb. Qurum hesab edir ki, onların cəmiyyətdən təcrid olunması dövlətin maraqlarına cavab vermir.
Ziyalılar Forumu korrupsiya, təhsil, səhiyyə, müstəqil məhkəmə icraatı, əsas hüquq və azadlıqların qorunması problemləri ilə bağlı hakimiyyət və vətəndaş cəmiyyəti arasında açıq dialoqa çağırır.
XS
SM
MD
LG