Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:25

BVF rəhbəri avrozonaya yardım toplamaq üçün Moskvaya gəlib


Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktoru Christine Lagarde Moskvada Rusiya Prezidenti Dmitry Medvedev ilə görüşüb. Görüşdə avrozonanın borc böhranı və Rusiyanın sabitləşdirmə fonduna mümkün yardımı müzakirə edilib.

Ötən həftə keçirilən Böyük 20-lik (G20) ölkələrinin sammitində Rusiya Braziliya, Hindistan, Çin və Cənubi Afrika ilə birgə bəyan eləmişdilər ki, Avropaya yardım eləməyə hazırdılar. Ancaq bu yardımın BVF xətti ilə edilməsini düşünürlər.
XS
SM
MD
LG