Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:43

İsa Qəmbər Amnesty İnternational-ın hesabatı barədə


İsa Qəmbər
İsa Qəmbər
- Bir qayda olaraq «Amnesty International» insan haqları, azadlıqlar məsələsində çox prinsipial və aydın mövqe tutur. Bir sıra beynəlxalq təşkilatlardan fərqli olaraq, demokratiya maraqları ilə təhlükəsizlik və iqtisadi maraqlar arasında manevrlər etmir.

Bu baxımdan da «Amnesty International»ın hesabatları, tövsiyələri və mövqeyi beynəlxalq birliyin, beynəlxalq təşkilatların mövqeyindən ciddi şəkildə təsirlidir. Hesabatda insan haqları ilə bağlı fikirlərin hamısı həqiqətəuyğundur və Azərbaycan reallığını əks etdirir. Bu da bir həqiqətdir.

Artıq beynəlxalq birlik də dərk etməyə başlayıb ki, azadlıqlar sadəcə olaraq bir ideal deyil, azadlıqlar, demokratiya və insan haqları həm də dünyanın təhlükəsiz və firavan yaşaması üçün önəmli fundamental məsələdir. Hesab edirəm ki, «Amnesty International»ın bu hesabatı bu həqiqətin daha yaxşı anlaşılmasına xidmət edib və edəcək.
XS
SM
MD
LG