Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:30

Facebookun yeni siyasəti inqilabçılara sərf eləmir


Salman Rushdie
Salman Rushdie
Tanınmış Britaniya yazıçısı Salman Rushdie ilə Facebook sosial şəbəkəsi arasında mübahisə bu günlərdə bitdi.

Yazıçı Facebook-dakı hesabının “Salman Rushdie” adlanmasına nail oldu.

“Facebook təslim oldu! Mən yenidən Salman Rushdie-yəm. İndi özümü XEYLİ DƏRƏCƏDƏ yaxşı hiss edirəm. Bu yaşda şəxsiyyəti təsdiq etmək böhranı yaşamaq asan deyil” – deyə 64 yaşlı yazıçı Twitter-də yazıb.

Rushdie ilə Facebook arasında mübahisə ondan başlamışdı ki, sosial şəbəkə qəfildən onun hesabını bağlamış və bunu “saxta profillərlə mübarizə” ilə əsaslandırmışdı.

Yazıçı hesabının həqiqətən də özünə məxsus olduğunu sübut etmək üçün Facebook-a pasport şəklini göndərmişdi.

Amma hesabın bərpasında başqa bir problem yaranmışdı.

“Pasport şəklimi göndərəndən sonra onlar mənim mən olduğuma inandılar. Amma israr etdilər ki, Əhməd adından istifadə edim. O ad pasportda “Salman”dan əvvəl gəlir, amma mən heç zaman ondan istifadə etməmişəm. İndi onlar mənim səhifəmi bərpa ediblər. Amma “Ahmad Rushdie”kimi. Baxmayaraq ki hamı məni “Salman Rüşdi” kimi tanıyır. Sərsəmlər” – deyə Rushdie Twitterdə yazmışdı.

Amma iki saatdan sonra Facebook yazıçıdan üzr istəyərək onun hesabındakı adı “Salman Rushdie” eləyib.

FACEBOOKUN YENI SIYASƏTI

Amma Salman Rushdie və Facebook arasındakı bu mübahisədə diqqəti çəkən ayrı məqamdır.

Nə oldu ki, Facebook birdən-birə “saxta profillərlə mübarizə”yə başladı? Axı prinsipcə, bunun sosial şəbəkəyə çox ciddi ziyanı yoxdur.


Misir - Qahirənin Təhrir meydanı, 26 yanvar, 2011
Misir - Qahirənin Təhrir meydanı, 26 yanvar, 2011
Yeni texnologiyalar üzrə ekspert Bruce Scheier deyir ki, Facebook-a bunu bazar diqtə edir.

“Facebook da, Google+ da real adlar siyasəti yürütməyə başlayıblar. Onlar bunu yalnız və yalnız eqoistlikdən edirlər. Siz Facebook-da hesab açmaqla onun məhsuluna çevrilirsiz, o da sizi müştərilərinə satır. Çünki onlar reklam verən şirkətlərə real adamlar satırlar, təxəllüslər yox. Onlar bilirlər ki, bu siyasətə görə bəzi adamlar Facebook-u tərk edəcək, amma əksəriyyət qalacaq”.

Bruce Scheier deyir ki, Facebook “saxta profillərlə mübarizə”ni asta sürətlə həyata keçirir. Onun fikrincə, bu, çox diqqət çəkməmək istəyindən irəli gəlir.

Amma Facebook-un yeni siyasəti avtoritar rejimli bir çox ölkələrdə siyasi, ictimai fəalların ürəyincə olmayıb.

Çünki orada fəallar öz təhlükəsizlikləri üçün təxəllüslərdən istifadə edirlər.

ÇİN, SURİYA, AZƏRBAYCAN...

Məsələn, “Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatının
"Amnesty İnternational" azərbaycanlı gənc fəal Cabbar Savalanın Facebook-dakı fəaliyyətinə görə tutulduğunu düşünür.
"Amnesty İnternational" azərbaycanlı gənc fəal Cabbar Savalanın Facebook-dakı fəaliyyətinə görə tutulduğunu düşünür.
açıqladığı son hesabata görə, Çin, Azərbaycan, Suriya, Vyetnam, Misir kimi ölkələrdə İnternetdəki fəaliyyətə görə həbsə düşmək olar.

Pensilvaniyadakı Annenberg Kommunikasiya Məktəbində İran üzrə Media proqramının direktoru Mahmud İnayət deyir:

“Bəlkə kimsə Salman Rüşdi qədər tanınan şəxs deyil, bəlkə onun kimi Facebook-la mübarizəyə başlamayacaq. Yəni belə şeylər çox olub. Facebook belə hesabları çox bağlayıb. İndi təsəvvür edin ki, söhbət İranda hansısa şəxsdən gedir, o öz şəxsiyyəti ilə bağlı məlumatları Facebook-a vermək istəmir, yaxud kimsə ingilis dilini yaxşı bilmir və hesabının bağlanmaması üçün mübarizə apara bilmir”.

İnayət deyir ki, Ərəb ölkələrində bu il baş vermiş inqilablar zamanı da bir çox gənclər təxəllüslərdən istifadə edirdilər.

Məsələn, Misirdə gənclərin hərəkatının önündə getmiş 160 min nəfərlik "Biz hamımız Əli Xalid Səidik” qrupunu idarə edənlər də nickname arxasında gizlənirdilər.
XS
SM
MD
LG