Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:30

Azərbaycan səfirlərinin maaşları


Arxiv foto
Arxiv foto

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edən diplomatlar arasında ən çox əmək haqqı Yaponiyada, ən az isə Orta Asiya ölkələrində çalışan səfirlər alır. Amma Yaponiyada qiymətlər də başqa ölkələrdən yuxarıdır.

«APA-ECONOMICS»in Milli Büdcə Qrupuna istinadən verdiyi məlumata görə, bu barədə ölkə prezidentinin müvafiq sərəncamında bildirilir.

Ölkə başçısının «Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əmək haqlarının təsdiq edilməsi haqqında» sərəncamına əsasən, ABŞ, Kanada, Koreya, Rusiya və BMT-də təmsil olunan səfirlərin aylıq maaşı 4 500 dollar təşkil edir.

Prezidentin 2007-ci il 1 fevral tarixli 1923 nömrəli Sərəncamına təqsdiq edilmiş əlavədə Azərbaycan diplomatlarının əməkhaqları aşağıdakı şəkildə göstərilir:

Qrup Diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi ölkənin və ya akkreditə olunduğu beynəlxalq təşkilatın adı Məbləği
A Amerika Birləşmiş Ştatları, Kanada, Koreya Respublikası,
Rusiya Federasiyası;
Birləşmiş Millətlər Təşkilatı
4500 ABŞ dolları
(təxminən 3500 manat manat)
B Birləşmiş Ərəb Əmirlikləri, Braziliya Federativ Respublikası, Cənubi Afrika Respublikası, Çin Xalq Respublikası 3700 ABŞ dolları
(təxminən 2900 manat manat)
C Argentina Respublikası, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi, Hindistan Respublikası, İndoneziya Respublikası, İordaniya Haşimilər Krallığı, Küveyt Dövləti, Qətər Dövləti, Qazaxıstan, Livan Respublikası, Malayziya, Meksika Birləşmiş Ştatları, Misir Ərəb Respublikası, Oman Sultanlığı, Pakistan İslam Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Suriya Ərəb Respublikası, Tailand Krallığı, Ukrayna




3500 ABŞ dolları
(təxminən 2750 manat manat)
Ç Belarus Respublikası, Gürcüstan, Moldova Respublikası, İraq Respublikası, Vyetnam Sosialist Respublikası 3400 ABŞ dolları
(təxminən 2670 manat manat)
D Qırğızıstan, Özbəkistan Respublikası, Tacikistan, Türkmənistan 3000 ABŞ dolları
(təxminən 2360 manat manat)
E Almaniya Federativ Respublikası, Avstriya Respublikası,
Belçika Krallığı, Fransa Respublikası, İsveç Krallığı,
İsveçrə Konfederasiyası, Italiya Respublikası,
Niderland Krallığı;Avropa Şurası, Birləşmiş Millətlər
Təşkilatının Cenevrə şəhərində Bölməsi, NATO, YUNESKO
3700 Avro
(təxminən 3900 manat manat)
Ə Estoniya Respublikası, İspaniya Krallığı, Macarıstan Respublikası, Polşa Respublikası, Xorvatiya Respublikası, Yunanıstan Respublikası 3600 Avro
(təxminən 3800 manat manat)
F Bolqarıstan Respublikası, Çex Respublikası,
Latviya Respublikası, Litva Respublikası, Rumıniya, Serbiya Respublikası, Türkiyə Respublikası
3525 Avro
(təxminən 3700 manat manat)
G İran İslam Respublikası, Mərakeş Krallığı 2800 Avro (təxminən 3000 manat manat)
Ğ Böyük Britaniya və Şimali Irlandiya Birləşmiş Krallığı 2575 İngiltərə
funt sterlinqi (təxminən 3200 manat manat)
H Yaponiya 587400 Yen (təxminən 6 min manat)

Prezident İlham Əliyev keçən həftə bu siyahıya Azərbaycanın bir neçə xarici ölkədə yeni açılan səfirlərinin əməkhaqlarını da əlavə edib (Cədvəldə həmin ölkələr də nəzərə alınıb).

Azərbaycanın müxtəlif xarici ölkələrdə 54 səfirliyi, 8 baş konsulluğu və 5 beynəlxalq təşkilatda daimi nümayəndəliyi fəaliyyət göstərir.
XS
SM
MD
LG