Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:01

Emomali Rəhmona “ümummilli lider” demək təklif olunur (VİDEO)


Tacikistanda şəxsiyyətə pərəstişin zirvəsi
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

Tacikistanda prezident Emomali Rahmon hara gedirsə, qırmızı xalılar üzərində, duz-çörəklə, krallar kimi qarşılanır. Prezidentin adına şeirlər, poemalar yazılır, uşaqlar da onları oxumağa məcbur olur. AzadlıqRadiosunun Tacik xidmətinin əməkdaşı Akram Qahho

Hara gedirsə, onu əlində bayraq yelləyən məktəblilər qarşılayır, onun portretləri küçələri bəzəyir.

Imamoli Rəhmon Konstitusiyaya görə, respublika prezidentidir. Amma Tacikistan prezidentinin öz davranışlarını və ona göstərilən münasibəti diqqətlə müşahidə edəndə sanki bir padşah olduğu təəssüratı yaranır.

ONUN ŞƏNİNƏ YÜZLƏRLƏ ŞEİR YAZILIB

Məktəblilərin prezident qarşısında dediyi şeirlərdə o, “dövrün böyük lideri”, “siyasət aləminin parlaq Günəşi” adlandırılır, nadir şəxsiyyət olduğu vurğulanır.

Rəhmon 20 ilə yaxındır ki, Tacikistana rəhbərlik edir. 1999-cu ildə yenidən prezident seçildiyi elan ediləndən bəri o, hakimiyyətini möhkəmlətməkdə və siyasi rəqiblərini sıradan çıxarmaqdadır.

Parlamentin keçmiş spikeri və Rəhmon ailəsinin yaxın dostu olan Məmmədsəid Ubeydullayev təklif edib ki, bütün məmurlar prezidentə “cənabi-ali” deyə müraciət etsinlər. Və bu artıq ölkədə heç kəsin etiraz etmədiyi bir qaydaya çevrilib.

RƏHMONA “ÜMUMMİLLİ LİDER“ DEYİLSİN!

Şair Xayrandeş prezidentin şəninə yüzlərlə şeir yazıb. O təklif edir ki, Rəhmona ümummilli lider deyilsin. Necə ki sabiq Türkmənistan prezidenti Saparmurad Niyazova "bütün türkmənlərin lideri" - "türkmənbaşı" deyilirdi:

“Mən heç nəyi şişirtmirəm. İmamoli Rəhmonun dövlət qarşısında xidmətləri göz önündədir. Bu, qiymətləndirilməlidir. Mən şəxsən ona çoxlu şeir yazmışam, amma bunun əvəzində heç nə gözləmirəm”.

Amma ölkədəki müxalif düşüncəli şəxslər hesab edirlər ki, Rəhmonun şəxsiyyətinə
Tacikistan - prezident Rəhmon magistral yolun açılışında, 26 avqust, 2011
Tacikistan - prezident Rəhmon magistral yolun açılışında, 26 avqust, 2011
pərəstiş demokratik dəyərlərə ziddir.

“Asiya+” qəzetinin redaktoru Marat Mammadşoyev bildirir ki, dövlət televiziyası prezidenti tərifləyən proqramlarda ölçü hissini itirib: “Onlarda tərifin limiti yoxdur. Tamam reallıqdan, ölkədə baş verənlərdən uzaq düşüblər. Alternativ seçim təklif etmirlər”.

Sosial Demokrat Partiyasının sədri Rahmatolla Zairov deyir ki, prezidentə “əlahəzrət” deyilməsi özünü demokratik respublika adlandıran ölkədə qəbul edilməzdir.

TACİKİSTAN MONARXİYADIR, YOXSA RESPUBLİKA?

“”Əlahəzrət” respublikada yox, monarxiyada olur. Bu o deməkdir ki, bunu deyənlər onu şaha bərabər tutrlar”.

Amma xalqın əvəzolunmaz lideri kimi təqdim edilməsinə baxmayaraq, son illərin iqtisadi problemləri və yüksək işsizlik Tacikistan prezidentinin bu imicinin hamı tərəfindən şəksiz qəbul edilməsinə şübhə doğurur.

Hərçənd indiki qanunlar ona 2020-ci ilə qədər hakimiyyətdə qalmaq şansı verir. Siyasi opponnetlərin sıradan çıxarıldığı bir şəraitdə güman ki o buna nail ola bilər.
XS
SM
MD
LG