Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:34

Misirdə istefa tələbilə nümayiş davam edir


Misirli fəallar ölkə sakinlərini paytaxtın mərkəzində hərbi hakimiyyətin istefası tələbilə nümayişi davam etdirməyə çağırıb.

Sabah ölkədə vaxtındanəvvəl parlament seçkisi keçiriləcək.

Nümayişçilər keçmiş prezident Hosni Mubarakın dövründə baş nazir olmuş Kamal
Ganzourinin yenidən bu vəzifəyə təyin edilməsinə etiraz edirlər.

Ganzouri xəbərdarlıq edib ki, əgər vəziyyət yoluna qoyulmasa Misir yeni Somaliyə çevrilə bilər.

Dövlət televiziyasının məlumatına görə prezidentliyə namizəd, tanınmış siyasətçi
Mohammed El Baradei şənbə günü ali hərbi şuranın rəhbərliyi ilə görüşdə milli birlik hökumətinə namizədliyini təklif edib.

Son günlər ölkədə baş verən toqquşmalarda 40-dan çox adam ölüb.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton ölkədə baş verənlərdən narahat olduğunu bildirib.
XS
SM
MD
LG