Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:20

Bəxtiyar Hacıyev Avropa Məhkəməsinə müraciət edəcək


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Dekabrın 6-da Ali Məhkəmə keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin Gəncə Apellyasiya Məhkəməsinin hökmündən verdiyi şikayətə baxıb.

Ali Məhkəmə kasasiya şikayətinin rədd edilməsi ilə bağlı qərar çıxarıb.

Bu haqda AzadlıqRadiosuna Bəxtiyar Hacıyevin vəkili Sadiq Bağırov bildirib.

«Bu, sonuncu məhkəmə instansiyası idi. Bəxtiyar artıq milli müdafiə vasitələrindən istifadə etmək fikrində deyil. O, artıq Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi düşünür».

Bəxtiyar Hacıyev həqiqi hərbi xidmətdən yayınma ittihamı ilə 2 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG