Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:46

Armen Ciqarxanyan: "Azərbaycanla danışıb razılığa gəlmək lazımdır"


Armen Ciqarxanyan Azadliq Radiosunun Moskva bürosunda. 16 aprel 2010
Armen Ciqarxanyan Azadliq Radiosunun Moskva bürosunda. 16 aprel 2010
Moskvada yaşayan məşhur erməni aktyoru Armen Ciqarxanyanın Ermənistan mətbuatına müsahibəsi


- Bunu açıq şəkildə və vicdanla deyirəm. Eşitmişdim ki, Ermənistan hökuməti Türkiyə ilə ünsiyyət qurmağa çalışır. Buna çox sevinmişdim. Niyə?

Misal çəkəcəm. Biz Yerevana qastrola getməliydik. Təyyarə ilə gedə bilmədik, dekorasiya böyük idi, 3 metr kəsmək lazım idi. Bir alman şirkəti tapdıq. Həmin şirkət dekorasiyaların daşınması ilə məşğul olur. Soruşduq ki, necə aparacaqsız? Dedilər - çox asan, Ermənistana Türkiyədən gedəcəyik. Belə də etdilər.

Bu nə deməkdir? Yəni hansısa işi görmək istəyi vacibdir. Danışmaq, mülahizələr yürütməklə iş düzəlmir. Təkrar edirəm. Səmimi deyirəm - mən yaxşı erməniyəm, Ermənistanı da sevirəm - eşidəndə ki, Ermənistanın indiki hakimiyyəti Türkiyə ilə münasibətləri yoluna qoymaq istəyir, birlikdə futbola baxmağa gedir... sevindim.

Çünki onlar bizim qonşularmızdır.

- Armen Borisoviç, bəs soyqırım, Qarabağ məsələsi... ilkin şərtlər... bunlar necə olsun?

- Problem çoxdur. Bütün ölkələrin problemləri var. Hətta İngiltərənin də

Ermənistanda bir qrup müxalifətçi gənc "Susmayaq" təşəbbüsü çərçivəsində dünya ölkələrində yaşayan məşhur ermənilərdən mətbuat üçün müsahibələr alır, "Ermənistanı necə xilas etmək olar?" sualının cavabını onlardan da soruşur, bundan başqa onları ölkənin gələcəyi naminə birləşərək Ermənistan hakimiyyəti qarşısında tələblər qoymağa çağırır. Gənclər Moskvada yaşayan məşhur erməni aktyoru Armen Ciqarxanyanla da söhbətləşiblər. Ona "Əhali Ermənistandan faciəvi templə qaçır. Hökumətsə bunun qarşısını almır. Bu haqda nə düşünürsüz?", yaxud "Ermənistandakı oliqarxik rejim. monopoliyalar, mafiya haqda nə düşünürsüz?" kimi suallar verilib. Müsahibənin Qarabağ problemi ilə bağlı hissəsini "Oxu zalı"nda təqdim edirik
Argentina ilə problemi var. Problem çoxdur, amma bu o demək deyil ki, problemi olanlar bir-birini öldürməlidir. Hesab edirəm ki, biz hökuməti də məhz bundan ötrü seçirik. Onlar bununla məşğul olmalıdırlar. Dallarını üstündə oturmayıb iş görməlidirlər. Əlbəttə bu, çətin məsələdir. Belə məsələlər beş dəqiqəyə həll edilmir. Bəli, soyqırım olub. milyonlarla insan... Amma biz haçanacan bir-birimizdən qisas alacağıq? Danışıb anlaşmaq lazımdır...

- Armen Borisoviç, keçən il sizin Azərbaycanın media orqanlarından birinə verdiyiniz müsahibə Ermənistanda birmənalı qarşılanmadı. Müsahibədə Qarabağ probleminin həllindən söhbət gedirdi. Faktiki olaraq Qarabağ və onun ətrafındakı...

- Mən sənin sözünü kəsirəm. Çünki mən həyatım boyu Qarabağ problemi ilə məşğul olmağa risk etmərəm. Amma mən bir şeyi bilirəm. Öz gözlərimlə görmüşəm. Bunu lentə almışdılar. Qarabağ məsələsi ilə bağlı bir qocanı döymüşdülər və onun ağzından qan gəlirdi. O ağlayır və anlamırdı ki, onu niyə vururlar. Mənim anladığım budur: biz yanaşı yaşayırıq və danışıb razılığa gəlməliyik. Əgər biz bundan yaxşı yol biliriksə, onda gəlin müharibə edək. Bu, boş və mənasız işdi. Biz səninlə çoxdan anlamışıq ki, heç kimə kimisə məğlub etmək müəssər olmayıb. Hər iki tərəf uduzur. Əgər yanaşı yaşayırıqsa, razılığa gəlməliyik.

- Razılığa gəlmək - tarixi erməni torpaqlarını qaytarmaq deməkdir?

- Danışıb anlaşmaq lazımdır. Üç metr götürmək... Azərbaycanlılar və ermənilər su üstündə dalaşanda Avanes Tumanyan ata minib gedir və onları fikirlərindən daşındırmağa çalışırdı. Ədavəti qızışdırmağa yox ha, aralarında anlaşma yaratmağa çalışırdı. Deyirdi ki, sənə də su lazımdı, mənə də. Gəlin cəhd edək, bu gün sən burax suyu, sabah mən. Yəni ra-zı-lı-ğa gəlmək lazımdır!

- Sizcə, razılığı necə əldə etmək olar? Onlar torpaqları istəyirlər. Bəzi əraziləri - Qarabağa status verilməsi əvəzində Azərbaycana qaytarmaq?

- Əgər mən bu məsələ ilə məşğul olsaydım - ölkənin prezidenti olsaydım, 2-3 gecə yatmazdım, fikirləşərdim ki, bunu necə eləmək olar? İndi bu suala cavab verə bilmərəm. Torpaqları qaytaraq, yoxsa yox - mən bilmirəm. Mənim bildiyim budur ki, insanlar yanaşı yaşayırlarsa, mütləq razılığa gəlməlidirlər.

- Bəs bir erməni kimi siz ərazilərin status müqabilində qaytarılmasının əleyhinəsiz?

- Mən onun əleyhinəyəm ki, ermənilər ölməsinlər. Yaxşı yaşasınlar. Mənə desinlər ki, qazı Urenqoydan daşıyıb gətirmək lazım deyil, yaxınlıqda -Türkiyənin qazı var. Mən bax bunu istəyirəm. Amma necə razılıq əldə edilməlidir və s. kimi məsələlərlə prezidentlər məşğul olmalıdırlar. Mən, sadəcə klounam. Vəssalam...

1in.am

Müsahibənin tam audioyazısını dinlə.
XS
SM
MD
LG