Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:53

Ramiz Mehdiyev Minsk Qrupunun fəaliyyətindən narazıdır


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
«ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə kimi göstərdiyi fəaliyyəti qənaətbəxş hesab etmək olmaz. Azərbaycan xalqına belə məlum olur ki, ermənilərin işğalçılıq siyasəti beynəlxalq səviyyədə müdafiə olunur».

Bu fikirləri Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müstəqilliyin 20 illiyi ilə bağlı beynəlxalq konfransdakı çıxışında deyib.

«İnsanlarda bəzən belə fikir formalaşır ki, beynəlxalq vasitəçilər bu münaqişəni həll etmək üçün ciddi səy göstərmirlər. Hazırda münaqişə ətrafında yaranmış status-kvo vəziyyəti sülh və o bölgədə ədalətli cəmiyyətin qurulması üçün ən böyük təhlükədir. Dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün öz səylərini artırmalı və Ermənistanı sülhə vadar etməlidir», - deyə o bildirib. (apa)
XS
SM
MD
LG