Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:28

Məleykə Abbaszadə: «Orta məktəb dərsliklərində səhvlər var»


Məleykə Abbaszadə
Məleykə Abbaszadə
«Müəyyən orta məktəb dərsliklərində problemlər var. Bu, bizi narahat edir. Əsas problem isə biologiya və tarix dərslikləri ilə bağlıdır».

Bunu dekabrın 8-də keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Onun fikrincə, tarix dərsliyində səhvlərin olması Azərbaycan üçün həm siyasi, həm də mənəvi baxımdan yaxşı hall deyil.

Səhvlər «Abituriyent» jurnalının yanvar ayında çap olunacaq 1-ci sayında göstəriləcək.

«Dərsliklərdə bir-birinə zidd nəzəriyyələrin verilməsi düzgün deyil. Zidd nəzəriyyələr dərsliklərdə əksini tapdığı halda şagirdlərə digər nəzəriyyələrin mövcudluğu barədə məlumat verilməlidir», - M.Abbaszadə əlavə edib.

Tədbirdə iştirak edən Təhsil Nazirliyi yanında Dərsliklərin Qiymətləndirilməsi Şurasının sədri Elmina Kazımzadə isə bildirib ki, nazirlik yalnız dərslikləri qiymətləndirir:

«Dərsliklərdəki səhvlərə görə isə əsas məsuliyyəti həmin dərsliyi müsabiqəyə təqdim edən nəşriyyatlar daşıyır. Hazırda dərsliklər təkmilləşdirilir. Kurikuluma keçidlə əlaqədar tarix və biologiya dərsliklərinin yeniləşməsi gözlənilir». /Trend/
XS
SM
MD
LG