Ötən həftə MEA-nın Rəyasət Heyətində Nuridə Atəşinin «Qafqaz Amazonları: miflər arxasındakı gerçək tarix» kitabının təqdimatı oldu. Almaniyada yaşayan araşdırıcı Nuridə Atəşi yeni kitabıyla AzadlıqRadiosunun «İz» proqramının qonağıdır.
--Nuridə xanım, lütfən, Bakıya səfərinizin məqsədini AzadlıqRadiosunun dinləyicilərinə və saytın oxucularına bildirin.
--Bu dəfə Bakıya rəsmi dəvətlə gəldim. Yəqin bilirsiniz—dekabrın 1-3 arası Bakıda «Qafqaz Albaniyasının Azərbaycanın tarixində rolu» adlı beynəlxalq tədbir keçirildi. Etiraf edim ki, ilk dəfə idi ki, Azərbaycanda belə yüksək səviyyəli konfransın iştirakçısı olurdum. Təşkilatçılara təşəkkür etməyi özümə borc bilirəm. Konfransa dünyanın bir çox ölkəsindən tanınmış tarixçi alimlər, arxeoloqlar, etnoqraflar qatılmışdı. Mənim də tarix elmi üzrə ilk elmi məruzəm oldu. Doğrusu, böyük tənqidlərlə üzləşəcəyimi düşünürdüm. Amma gözləmədiyim rezonansla qarşılaşdım və böyük dəstək aldım. Hətta Gürcüstandan gələn böyük Qafqazşünas Zaza Aleksidze də məni dəstəklədi. Məruzəmə çox böyük maraq oldu. Dekabrın 8-də isə kitabımın təqdimatını keçirdim.
QOBUSTAN AMAZONLARIN MƏSKƏNİDİR?!
--Nuridə xanım, onda sizdən soruşum ki, Məhəmməd Əsəd bəydən Amazonlara keçid necə baş verdi?
--Yox! Amazonlardan Əsəd bəyə keçdim. Amazonları 1995-ci ildən araşdırmağa başladım. Bu, bir türk tarixçisinin mənə vəsiyyəti idi. 90-cı illərdə türk televiziyasında çalışdığım zaman həmin tarixçi ölüm yatağındaykən məni yanına çağırdı. Dedi ki, bu sənin tarixindir, sən də Amazonların varisisən, onu araşdırmalısan. Mənim Qobustan haqqında verilişimi görmüşdü. Dedi, sən heç özün də bilmirsən ki, Qobustan Amazonların məskənidir. Əlyazmalarını mənə verdi və məni Amazonlar tarixinə yoluxdurdu. Elə o zamanlar başladım bu məsələni qaldırmağa. Amma çoxlu maneələr gördüm Azərbaycanda. Dedilər, bu mifologiyadır, nağıldır, əfsanədir. Odur ki, Əsəd bəyin tədqiqatına başladım. İlk dəfə Əsəd bəyin arxiv sənədlərini Azərbaycanda yaydım, çap etdirdim. Amma türk tarixçisinin vəsiyyətini də unutmadım…
QOBUSTANI ALMANİYADA KƏŞF ETDİM
Azərbaycanın böyük arxeoloqu Saleh Qazıyev uşaqlıq illərimdə evimizin yanındakı Qız qalasını tədqiq edirdi (Oğuz rayonunun Xaçmaz kəndi). Mən də hər gün yuxudan oyanan kimi Qız qalasına baxırdım və ordan su gətirməyə gedirdim. Atam danışırdı ki, orada savaşçı, qəhrəman qadınlar yaşayıblar. Nəsildən-nəslə ötürülən bilgiyə görə, həmin qadınlar ilanın belində dağdan çaya düşüb, su götürüb təzədən dağın başına qalxırlarmış…Ora mənimçün sehrli bir aləm idi. Daha sonralar o türk tarixçisinin verdiyi əlyazmaları oxuduqca bütün tarix gözümün önündə canlanırdı. Və mən bu hislərlə təzədən Qobustana gəldim.
GƏNCLƏRƏ YALANÇI TARİX ÖYRƏDİLİR
Özümü Qafqaz tarixinə borclu bilirəm. Və sevinirəm ki, artıq dövlət səviyyəsində alban tarixinə sahib çıxılır. Əlbəttə, buna qarşı olanlar da var. Onlar heç dediyim konfransa yaxın gəlmədilər. Dünən televiziyada dərsliklərdə, xüsusən tarix dərsliklərində yanlışlıqlar olduğu barədə xəbər eşitdim. İnanın, mən tarixlə bağlı universitet dərsliklərini aparıb Almaniyada oxuyanda dəhşətə gəlirəm. Nə qədər saxtalıqlar, təhriflər var! Biz özümüzü dünyaya gülünc etməməliyik. Bəzən o dərsliyi yazanların o dərslikdən xəbəri olmur…Gənclərin beyinləri yuyulur, onlara yalançı tarix öyrədilir. Bu da, dünyada Azərbaycanın imicinə zərbə vurur. Tariximizə sahib çıxmalıyıq. Kaş 15 il öncə məni də anlayaydılar. Mən Qafqaz Amazonlarını bütün dünyaya tanıdardım. Mən sizin bu studiyada dəfələrlə qonaq olmuşam və hər zaman söyləmişəm ki, Qarabağın açarı alban tarixindədir. Nə yaxşı ki, biz bu gün bu açarı tapa bilmişik. O gün olsun Amazonların da açarını tapa bilək.
AMAZONLARIN MƏSKƏNİ TARİXİ QAYNAQLARDA
Moisey Kalankatuklu hələ e.ə. V əsrdə yazır ki, onların torpaqları budur—Albaniya, Atropatena, Amazoniya. Erməni tarixçisi Eremyan da buna diqqət edib. O yazır ki, onların torpağı Azərbaycandır. Strabon yazır ki, Amazonlar Keravn dağında yaşayırdılar. Qarabağda olan Keravn dağında. Onlar Qarqarlarla görüşürdülər. Kimdir qarqarlar? Alban tayfalarından biri. Deməli, Qarabağda yaşayıblar. Qarqar çayının kənarında. Bu, Qarabağa sahib çıxmaq deyilmi?
--Nuridə xanım, 15 il öncə araşdırmağa başlarkən müasir tarix Amazonları necə tanıdırdı?
--Elə Avropanın özündə Amazonları çoxları mifologiya hesab edir. Əlbəttə, Amazonların araşdırıcıları var. Onlar haqqında çoxlu kitablar yazılıb. Son araşdırmalara görə, Amazonlar hind-german qrupundan hesab edilən Skit qadınları olub. Kiçik Asiyada, Qara dəniz sahillərində yaşayıblar. Qafqazda onların danılmaz izləri var. Amma guya Qafqaza sonradan gəliblər. Bu, səhvdir. Yalnız bir ingilis tədqiqatçısı yazır ki, mən bilirdim ki, Qafqazda Amazonların izləri var, savaşçı qadın qəbirləri var. Amma sovet dönəmində orayla əlaqə mümkün deyildi. Mən 3 il öncə yenə gəldim, bar-bar bağırdım, bütün qapıları döydüm ki, gəlin Azərbaycanda Amazon sərgisi yaradaq. Baxan olmadı. Əlimdə 500 eksponat var. O eksponatları mən Azərbaycan muzeylərinin zirzəmilərində tapmışam. Onlar indiyədək heç yerdə göstərilməyib. Biz elmi inqilab edə bilərik. Qafqazın əsl tarixini göstərə bilərik. Və bu tarix bizə utanc gətirməz, əksinə fəxr gətirər, şöhrət gətirər.
BİRİNCİ DƏLİL—PLOBDAĞLI AMAZON--XANIM
--Tutarlı dəlillərdən danışdınız. Lütfən sadalayın, hansı dəlilləriniz var?
--Oldu! Ən tutarlı dəlilim bizim Arxeologiya İnstitutunun əməkdaşı Bəhlul İbrahimlinin rəhbərlik etdiyi ekspedisiyanın tapdığı savaşçı qadın qəbridir. Naxçıvanın Plovdağ ərazisində 2004-cü ildə tapılıb. Bu, çox böyük tapıntı idi. Amma nə kitab yazıldı, nə də dünyanın ən qədim savaşçı qəbrinin olduğu dünyaya duyuruldu…2010-cu ildə Almaniyada belə bir sərgi keçirildi və onlar dünyanın ən qədim savaşçı qəbri kimi Gürcüstandan bir qəbir təqdim etdilər. Bu, bir sensasiya kimi qarşılandı. Mən bunu Gürcüstanda araşdırdım və məlum oldu ki, elə də qədim qəbir deyil. E.ə. VII əsrə aiddir. Bunu e.ə. II mininci ilə aid etmək səhv idi. Odur ki, Şpaya Tarix Muzeyi tərəfindən təşkil edilən beynəlxalq konfransda iştirak etdim və orada Plovdağ-2-dən tapılan qəbrin içindən çıxan beriki—xəbəri göstərdim. Rusca və almanca danışdım və dedim ki, sizin aylarca göstərdiyiniz dünyanın ən qədim savaşçısı deyil. Dünyanın ən qədim savaşçı qəbri Plovdağda tapılıb.
İKİNCİ DƏLİL…
Dünyanın hər yerində Amazon silahları kimi təbərzin, baltalar qəbul olunub. Təsəvvür edin ki, həmin baltaların düzəldildiyi qəliblər bu gün Azərbaycan Milli Tarix Muzeyində saxlanılır. Hətta Mingəçevir Tarix Muzeyində də var. Tarixi qaynaqlar yalnız e.ə. VII-V-VI əsrlərdən başlayıblar Amazonlardan yazmağa. Amma həmin baltaların düzəldildiyi, istifadə edildiyi tarix e.ə. III-I minillikdir. Hətta həmin savaşçı qadın qəbirlərindən təbərzin-balta formasında boyunbağılar çıxıb. Sırğaları, asmaları da həmçinin. Sinələrindəki sipər də təbərzin-balta şəklindədir. Bunlar əsl amazondurlar. Sizcə, onlara sahib çıxmaq lazımdır, ya yox?
MƏNİ HOYDU-HOYDUYA GÖTÜRƏNLƏR…
--Bəs bizim tarixçilər necə, onlara sahib çıxdılarmı?
--3 il öncə Tarix İnstitutunda, Arxeologiya İnstitutunda dəfələrlə müzakirə keçirildi. İlk müzakirədəcə məni hoydu-hoyduya götürdülər. Dedilər, bu tarix deyil, bu elm deyil, bunlarla müdafiə etmək olmaz. Daha sonra alman arxeoloqları ilə təmasa keçdim. Mənə böyük dəstək oldular. Bu kitabımda hamısının adını sadalamışam. Mən təəssüf edirəm ki, bizim tarixçilərimiz xarici dil bilmir. Onların dünyaya çıxışları yoxdur. Heç otaqlarında kompyuterdə yoxdur. İnternetdən xəbərləri yoxdur. Dünyada baş verənləri izləyə bilmirlər. Mənim gücüm bundadır ki, dilləri bilirəm. Kitabxanalarda, arxivlərdə işləyirəm. Xarici arxeoloqlarla, tarixçilərlə əlaqə qururam. Onlar mənə bu dövrü araşdırmağı məsləhət gördülər. Mən elə də etdim. Üzə çıxardığım faktları ortaya qoydum. Kitabımın təqdimatında ən çox zövq verən 3-5 il öncə məni ciddiyə almayanların orada olmaları idi. Çıxış etdilər və məni dəstəklədilər. Bəxtim belədir, şairliyim də belə çətin qəbul edilib. Yaxşı olardı ki, tarixçiliyimi də vaxtında qəbul edəydilər…
--Nuridə xanım, kitab çıxdı. Davamı olacaqmı?
--Əlbəttə, bu hələ başlanğıcdır. Dünya elmində, eləcə də Almaniyada oğuluq çoxdur. Ona görə də, mən bu işə damğamı basdım. Amazonlar çox işlənən bir mövzudur. İndi Avropanın bir çox televiziyaları, prodüserləri mənim izimdədirlər. «Qafqaz Amazonları» filmini çəkmək istəyirlər. Mən 10-15 təklifə yox demişəm. Çünki bunun Azərbaycan elmi, tarixi üçün, Vətənin imici üçün nə demək olduğunu anlayıram. Odur ki, bu iş elə səviyyədə qurulmalıdır ki, həm Azərbaycanın adına layiq olsun, həm də öz adıma. Gələn il Azərbaycanda «Qafqaz Amazonları» sərgisi keçirmək istəyirəm. Dediyim kimi, 500 eksponatı artıq gözaltı etmişəm. Sərgi barədə 4 dildə kataloq hazırlanmalıdır. Mən sərgini «Ermitaj»da da göstərməyi düşünürəm.
«ERMİTAJ»DA NURİDƏ XANIMI NƏ ŞOKA SALDI?
Yeri gəlmişkən, bu yay «Ermitaj»da oldum və dəhşətə gəldim. Qafqaz şöbəsi bomboşdur! Orada yalnız Ermənistanın gözəl sərgisi, tarixi var. Olmayan tarixlərini «göstərirlər». Gürcüstanın və Dağıstanın kiçik bir yeri var. Azərbaycanın isə heç bir şeyi yoxdur! O vaxtlar aparılan arxeoloji qazıntılardan çıxarılan eksponatların çox hissəsi Avropa arxivlərinə satılıb, cüzi miqdarda qalıb…Tarixlə bağlı isə orada heç nə görə bilməzsiniz. Ona görə də bu gün MEA-nın prezidentinə müraciət etdim və sərginin həm Bakıda, həm «Ermitaj»da, həm də Berlində göstərilməsini istədiyimi yazdım. Bu gerçəkləşsin və siz görəcəksiniz ki, dünyanın baxışları Azərbaycana qarşı necə dəyişəcək. Əsl tariximiz budur. Saxta, şişirdilmiş tarixlə Azərbaycanın imicinə ancaq ziyan vurmaq olar.