Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:29

Azərbaycan qazının ixrac marşrutu ilə bağlı son qərar yubanır


Azərbaycan qazının ixrac marşrutunun seçilməsinə dair qərarın verilməsi 2012-ci ilin martına qədər təxirə salınıb.

Bu haqda ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verib.

«Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi üzrə çıxarılacaq qazın Avropaya nəqli üçün 4 layihə - «Nabucco», ITGI (Türkiyə-Yunanıstan-İtaliya), TAP (Trans-Adriatik) və Cənub-Şərqi Avropa (Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstan) qaz kəməri layihələri rəqabət aparır.

R.Abdullayev deyib ki, «təqdim olunmuş təkliflər diqqətlə öyrənilir. Güman ki, bu proses 2012-ci ilin birinci rübünün sonuna qədər davam edəcək».

Buna qədər Azərbaycan qazının hansı marşrut üzrə nəql ediləcəyinin 2011-ci ilin sonuna qədər açıqlanacağı gözlənilirdi.

«Şahdəniz» yatağında 1.2 trilyon kubmetr qaz ehtiyatının olduğu proqnozlaşdırılır.

Yataqda hasilat 2006-cı ildə başlayıb. İkinci mərhələ üzrə hasilat 2017-ci ilə planlaşdırılır.

R.Abdullayev Avropa Birliyinin dəstəklədiyi 31 milyard kubmetrlik «Nabucco» layihəsinin artıq gündəlikdə olmadığı ilə bağlı fikirləri təkzib edib. Deyib ki, ««Nabucco» TAP və ITGI qədər eyni dərəcədə nəzərdən keçirilir».

ITGI və TAP layihələri hazırda maliyyə böhranı yaşayan Yunanıstan ərazisindən keçir. «Nabucco» isə ucuz layihə deyil, 10 milyard avro dəyərindədir.
XS
SM
MD
LG