Bu muzey ABŞ və onun kommunist düşməni Kuba arasında nadir əməkdaşlıq nümunələrindən sayıla bilər.
(FOTOSESSİYA BURDA)
2005-ci ildə Nobel mükafatlı Amerika yazıçısının Kubadakı evində başlanmış təmir-bərpa işlərini iki ölkə birlikdə maliyyələşdirirdi.
2007-ci ildə turistlərin üzünə açılan malikanə-muzeydə yazarın yazı makinəsi, 6 minə qədər kitabı, rəfləri, oturduğu stullar, kreslolar, onu məşhur "Qoca və dəniz" əsərini yazmağa ilhamlandırmış sevimli "Pilar" qayığı da yer alıb.
Yazıçının nəvəsi, aktyor və yazar Meriel Heminquey Britaniyanın "Daily mail" qəzetinin müxbirinə muzeydə bələdçilik edib.
Nobel mükafatlı yazıçı ömrünün 21 ilini (1939-60) bu malikanədə keçirib.
O, burada dördüncü arvadı və 50-yə yaxın pişiyi ilə sakit həyat sürüb.
Yalnız 1954-cü ildə Nobel mükafatı aldıqdan sonra malikanəyə gələn saysız-hesabsız qonaqlar onu bezdirməyə başlayıb.
Merielin 50 yaşı var. Vaxtilə "Manhetten" filmində ikinci planda roluna görə Oskar mükafatına namizədliyi irəli sürülüb.
Meriel babasının intihar etməsindən bir neçə ay qabaq doğulub və ona bu adı Kubadakı Meriel limanının şərəfinə veriblər.
Yazıçı Merielə balıq tutmaq üçün tez-tez gedərmiş
Meriel Heminquey həyat tərzi, yoqa, kulinariya haqda kitablar da yazıb.
İndi o, bir müddətlik babasının evinə qayıdıb və yazıçının intihar etməsindən 50 il keçdiyi bir vaxtda onun həyatı ilə bağlı fotoalbom hazırlayır.
Heminquey Kubanı öz evi sayırdı. 1960-cı ildə o, Amerikaya köçəndə Kuba lideri Fidel Kastro malikanəni milliləşdirilmişdi.
2005-ci ildə isə burada muzey açılmasına qərar verilmişdi.
Heminquey Kastro ilə yalnız bir dəfə görüşüb. Bu görüş Kastronun Heminqueyin sponsorluğu ilə Kubada keçirilmiş balıqçılıq yarışını udduğu zaman baş verib.
FOTOSESSİYA