Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:57

"Eurovision 2012" müsabiqəsinin səhnə konsepsiyasının bəzi detalları açıqlandı


"Eurovision 2012" mahnı müsabiqəsində şounun səhnəsinin və "green room"un (çıxışçıların gözləmə otağı) konsepsiyasının bir neçə variantı hazırdır.

Trend-in cümə axşamı "Eurovision 2012" mahnı müsabiqəsinin işçı qrupuna istinadən verdiyi məlumata görə, şounun təşkilində rəsmi tərəfdaş olan Almaniyanın "Brainpool GmbH" şirkəti ilə birgə hazırlanan konsepsiya həm səhnə quruluşu, həm də texniki təchizatına görə öz möhtəşəmliyi ilə seçilir.

Məlumata görə, hazırlanmış səhnə dizaynı bu günədək izlənilən "Eurovision" şoularından tamamilə fərqlənir.

Məlumatda bildirilir ki, şouda indiyədək tətbiq olunmayan müasir işıq və digər effektlərdən istifadə ediləcək. Hazırda bu layihələr üzərində iş davam edir.

Bununla yanaşı, azərbaycanlı mütəxəssislər 2012-ci ilin mayında Bakıda keçiriləcək "Eurovision" müsabiqəsində şounun konsepsiyasını hazırlayırlar. Bu konsepsiyada zəngin tarixə malik qədim Şərq ölkəsi Azərbaycana məxsus elementlərin əks olunması nəzərdə tutulur.

"Eurovision 2012" mahnı müsabiqəsinin yarımfinalı gələn il mayın 22 və 24-də, finalı isə mayın 26-da Bakıda keçiriləcək.
XS
SM
MD
LG